Əsas səhifə » Qarabağın cavab oyununun hakimləri məlum olub

Qarabağın cavab oyununun hakimləri məlum olub

BAKI,AzerVoice

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

AzerVoice xəbər verir ki, iyulun 30-da Bakıda təşkil olunacaq görüşü İtaliyadan olan hakimlər briqadasına həvalə edilibb.

30 iyul saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya) oyununa təyin olunan hakimlər isə bunlardır:

Baş hakim: Andrea Kolombo

Baş hakimin köməkçiləri: Stefano Alassio, Dario Cekkoni

Dördüncü hakim: Kevin Bonakina

VAR: Daniele Doveri

AVAR: Daniele Paterna
(Hakimlər briqadası İtaliyadandır)

Digər Kateqoriyalar

2025 © Azervoice