Əsas səhifə » Türkiyədən Qazaxıstana tekstil ixracı 37 milyon dolları keçib (ÖZƏL)

Türkiyədən Qazaxıstana tekstil ixracı 37 milyon dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin iyun ayında Türkiyədən Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz artaraq, 4 milyon 454 min 1 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq, 37 milyon 692 min 67 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 4 milyard 737 milyon 25 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 693 milyon 351 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice