Əsas səhifə » AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

BAKI,AzerVoice

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

AFFA-dan AzerVoice-ə bildirilib ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice