Əsas səhifə » Real Madrid PSJ ilə qarşılaşacaq

Real Madrid PSJ ilə qarşılaşacaq

BAKI,AzerVoice

İspaniyanın Real Madrid klubu bu gün FİFA Klublararası Dünya Çempionatının yarımfinal mərhələsi çərçivəsində Fransanın PSJ klubu ilə qarşılaşacaq.

AzerVoice xəbər verir ki, görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Tərəflər sonuncu dəfə 2022 ci ildə, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşıblar. İlk görüşdə evdə 1-0 hesabı ilə qalib gələn PSJ səfərdə üstünlüyünü qoruya bilməyib. Benzemanın 3 qolu ilə önə keçən Madrid təmsilçisi iki oyunun nəticəsini görə 3-2 hesabı ilə qalib gəlib və digər mərhələyə yüksəlib.

PSJ-nin heyətində Villiam Paço və Lukas Hernandez öncəki turda qırmızı vərəqə ilə cəzalandırıldıqları üçün bu oyunu buraxacaqlar.

Kral klubunda isə yeni transfer Dean Huijsen kart cəzalısıdır və bu oyunda iştirak edə bilməyəcək.

Görüşü polşalı hakim Simon Marçiniak idarə edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice