10
BAKI, AzerVoice
Fransanın Parlamentində (aşağı palata) sağçı "Respublikaçılar" partiyasından olan deputat Olivye Marleks öz seçki dairəsində — ölkənin mərkəzində yerləşən Er və Luar departamentinin Anet kommunasında intihar edib.
AzerVoice xəbər verir ki, bu barədə AFP agentliyi rayon prokuroru Frederik Şevalyeyə istinadən məlumat yayıb.
Məlumata görə, 54 yaşlı deputat bu axşamı jandarm patrulu tərəfindən öz evində ölü tapılıb. Patrul hadisə yerinə kommunanın meri tərəfindən çağırılıb.
Hadisə ilə bağlı istintaq başladılıb.
Qeyd edək ki, Marleks parlamentə seçilməzdən əvvəl, Fransanın sabiq prezidenti Nikola Sarkozinin (2007–2012) dövründə onun müşaviri olub.