8
BAKI, AzerVoice
Ticarət müharibəsindən heç kim qalib çıxmır.
AzerVoice xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərin ABŞ prezidenti Donald Trampın BRİKS siyasətini dəstəkləyən ölkələrə qarşı əlavə 10 faizlik ticarət rüsumları tətbiq etmək niyyəti ilə bağlı sualını cavablandırarkən deyib.
"Ona münasibətimiz aydındır: ticarət müharibəsində qalib yoxdur" – deyə, Düjarrik vurğulayıb.