BAKI, AzerVoice
ABŞ-da keçirilən Klublararası Dünya Çempionatının qrup mərhələsinin ikinci turunda Almaniyanın "Borussiya Dortmund" klubu Cənubi Afrikanın "Mamelodi Sandaunz" komandasını 4:3 hesabı ilə məğlub edib.
AzerVoice xəbər verir ki, oyun Çinsinnati şəhərində baş tutub.
"Borussiya"nın heyətində Feliks Nmeça 16-cı dəqiqədə hesabı bərabərləşdirib. Daha sonra Seru Girasşi 34-cü dəqiqədə komandası üçün üstünlüyü təmin edib. Cud Bellinqhem 45-ci dəqiqədə üçüncü qola imza atıb. 60-cı dəqiqədə isə "Mamelodi Sandaunz"un oyunçusu Xuliso Mudau avtoqol ilə rəqibin hesabına bir qol da əlavə edib.
Cənubi Afrika təmsilçisinin qollarını isə Lukas Riberio 11-ci dəqiqədə, İkraam Reyners 62-ci dəqiqədə və Lebo Motiba 90-cı dəqiqədə vurublar.
Bu nəticə ilə "Borussiya" 4 xalla F qrupuna liderlik edir. "Mamelodi Sandaunz" 1 xalla ikinci yerdə qərarlaşıb. Braziliyanın "Fluminense" və Cənubi Koreyanın "Ulsan" klubları isə müvafiq olaraq 1 və 0 xalla onları izləyir. Həmin iki komanda ikinci turun oyununu bu gecə keçirəcək.