BAKI, AzerVoice
ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 7,07 milyon barrel artıb.
AzerVoice xəbər verir ki, bu barədə “Trading Economics” portalı məlumat verib.
Analitiklər orta hesabla ehtiyatların 2 milyon barrel azalacağını proqnozlaşdırırdılar.
Keçən il iyulun 4-də başa çatan həftə ərzində benzin ehtiyatları 2 milyon 658 min barrel, dizel və digər distillat ehtiyatları isə 825 min barrel azalıb.
Ekspertlərin gözləntilərinə görə, benzin ehtiyatlarında 1,7 milyon barrel, distillatlarda isə 300 min barrel azalma olmalı idi.
Eyni zamanda, Nyu-York Əmtəə Birjasında (NYMEX) ticarət olunan neftin saxlandığı Kuşinq terminalında ehtiyatlar əvvəlki həftə 1 milyon 493 min barrel azaldıqdan sonra bu həftə 464 min barrel artıb.