Əsas səhifə » Trent Alexander-Arnold Real Madridə Transfer Olur

Trent Alexander-Arnold Real Madridə Transfer Olur

BAKI,AzerVoice

Liverpulun sağ cinah müdafiəçisi Trent Alexander-Arnold mövsüm sonunda Real Madridə keçəcək.

AzerVoice xəbər verir ki, Alexander-Arnold Liverpulla müqaviləsini uzatmaqdan imtina edib və Real Madridlə 6 illik müqavilə imzalayıb.

Real Madrid transferi 13 iyun 2025-ci ildə başlayacaq FIFA Klublararası Dünya Çempionatı ərəfəsində elan etməyi planlaşdırır.

Liverpul yanvar transfer pəncərəsində Real Madridin 20 milyon funt-sterlinq təklifini rədd etsə də, futbolçunun qərarından sonra ayrılmasına icazə verib.

“Liverpul mənim uşaqlıq klubumdur və buradakı sevgi heç vaxt sönməyəcək. Lakin yeni çağırışlar axtarmaq və komfort zonamdan çıxmaq istəyirəm” – deyə Trent sosial mediad hesabından bildirib.

Liverpulun baş məşqçisi Arne Slot Trentin gedişindən sonra yeni sağ cinah müdafiəçisi axtarmayacaqlarını, gənclər akademiyasından oyunçulara şans verəcəklərini açıqlayıb. Klub eyni zamanda yeni istedadların yetişdirilməsinə fokuslanacaq.

Qeyd edək ki, Trent Alexander-Arnold 2004-cü ildə, cəmi 6 yaşında olarkən Liverpul klubunun akademiyasına qoşulub. Alexander-Arnold, 2016-cı ildə Liverpulun əsas komandasında debüt edib. Müdafiənin sağ cinahında çıxış edən futbolçu, yalnız müdafiə qabiliyyəti ilə deyil, eyni zamanda hücumlara verdiyi dəstək və texniki bacarıqları ilə də tanınıb.

Digər Kateqoriyalar

2025 © Azervoice