Əsas səhifə » Avropa Liqasında Yarımfinalın İlk Oyunları Keçirilib

Avropa Liqasında Yarımfinalın İlk Oyunları Keçirilib

BAKI,AzerVoice

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk matçlarında Mançester Yunayted Atletik Bilbaonu 3-0, Tottenham isə Bodo/Qlimti 3-1 məğlub edib.

AzerVoice xəbər verir ki, Avropa futbolunun klublar səviyyəsində ikinci ən böyük turnirində İngiltərə təmsilçisi Mançester Yunayted səfərdə İspaniyanın Atletik Bilbao komandasını Kasemironun 30-cu, Bruno Fernandesin 37-ci (penaltidən) və 45-ci dəqiqələrdə vurduğu qollarla 3-0 hesabı ilə üstələyib.

İngiltərənin digər təmsilçisi Tottenham öz meydanında Norveçin Bodo/Qlimt komandasını 39-cu saniyədə Brennan Johnson, 34-cü dəqiqədə James Maddison və 61-ci dəqiqədə penaltidən Dominik Solankenin qolları ilə 3-1 məğlub edib. Qonaq komandanın yeganə qolunu 83-cü dəqiqədə Ulrik Saltnes vurub.

Qeyd edək ki, Brennan Johnson UEFA Avropa Liqası yarımfinallarının ən erkən qolunu vuraraq tarixə düşüb.

Matçların cavab oyunları 8 may tarixində keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice