Əsas səhifə » Papa olmaq istərdim, bu mənim bir nömrəli seçimim olardı - Tramp

Papa olmaq istərdim, bu mənim bir nömrəli seçimim olardı - Tramp

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, jurnalistin yeni Papa ilə bağlı sualına verdiyi zarafatcıl cavabla sosial mediada gündəm olub.

AzerVoice xəbər verir ki, Ağ Evin bağçasında, Miçiqan ştatına səfəri öncəsi jurnalistlərin suallarını cavablandıran Tramp, “Yeni Papa-nın kim olmasını istəyirsiniz?” sualına belə cavab verib: Papa olmaq istərdim. Bu mənim bir nömrəli seçimim olardı. Nyu-Yorkda çox yaxşı bir kardinalımız var, görək nə olur.”

Trampın bu sözləri sosial mediada sürətlə yayılaraq viral olub. Ağ Ev tərəfindən idarə olunan bəzi “X” hesabları da Trampın zarafat etdiyi həmin görüntüləri paylaşıb.

Bu açıqlama ciddiyə alınmasa da, Trampın kilsə ilə bağlı mövzuda belə bir zarafat etməsi ictimaiyyətdə maraqla qarşılanıb.

Qeyd edək ki, Papa Fransisk 21 apreldə vəfat edib. Son aylarda səhhətində ciddi problemlər yaşayan Papa, fevral ayında ağır bronxit səbəbilə xəstəxanaya yerləşdirilmişdi və bu, onun sağlamlığı ilə bağlı narahatlıqları artırmışdı. Yeni Papanın seçilməsi məqsədilə Kardinallar Şurası isə 6-10 may tarixləri arasında ilk dəfə toplanacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice