Əsas səhifə » İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

BAKI, AzerVoice

İran xarici işlər nazirinin müavini və XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Səid Xətibzadə bu həftə Azərbaycana səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib.

Məlumata əsasən, iranlı nazir müavini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəvəti əsasında Bakıya səfər edəcək. Səfər çərçivəsində bir sıra görüşlər nəzərdə tutulub.

Xətibzadə mərkəzin ixtisaslaşdırılmış panellərində iştirak edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice