11
BAKI, AzerVoice
Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında zərurət yaranarsa, birbaşa təmas qurulacaq.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi müsahibədə bildirib.
“Ali səviyyədə birbaşa görüş həmişə effektiv olur və ekspert səviyyələrində yarana biləcək fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edir” – deyə, Peskov vurğulayıb.
“Zərurət yaranarsa, bu birbaşa təmas qurulacaq. Bizim ABŞ-la dialoq üçün bütün imkanlarımız var və onlar artıq bərpa olunub. Bu səbəbdən proses davam edir” – deyə, Peskov əlavə edib.