Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Barcelona bu mövsüm niyə bu qədər uğurludur?

    24 Aprel 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice / Fərid Mikayılov

    Barcelona futbol klubu tarixən dünyanın ən güclü komandalarından biri kimi tanınıb. Lakin son illərdə xüsusilə komandanın əfsanəvi oyunçularının bir-bir ayrılmasından sonra Kataloniya təmsilçisi ciddi eniş dövrünə daxil olub.

    Baş məşqçi problemi ilə üzləşən klub, bu durumu dəyişmək üçün əvvəlcə öz əfsanəsi Xavi Hernandezi komandanın baş məqçi postuna gətirdi. Xavi ilk mövsümündə La Liqa və digər turnirlərdə qələbələr qazansa da, növbəti mövsümdə uğursuz nəticələr fonunda klubla yollarını ayırdı.

    2024/25 mövsümündə isə klubun başına alman təcrübəli mütəxəssis Hansi Flik gətirildi. Flik daha öncə Bavariya və Almaniya millisini çalışdıraraq böyük uğurlar əldə edib. Onun rəhbərliyi altında Barcelona bu mövsüm yenidən zirvəyə doğru irəliləyir.

    Flikin oyun fəlsəfəsinin əsasını intizam, kollektiv düşüncə və psixoloji balans təşkil edir. Bu elementlər, son illərdə sabitlik baxımından çətinlik çəkən Barcelona üçün dönüş nöqtəsinə çevrildi.

    Flik hücumlarda genişliyi artırmaq üçün cinah oyunçularına və hücumameylli cinah müdafiəçilərinə böyük əhəmiyyət verir. Bu yanaşma, komandanın dinamik və gənc heyəti ilə birləşərək hücumda çevik və təsirli oyun qurmağa imkan verir.

    Bu mövsüm Barcelonanın hücum xətti həm gənc istedadları, həm də təcrübəli ulduzları bir araya gətirir. Komandanın əsas qol ümidi olaraq Robert Levandovski çıxış edir. Onun təcrübəsi, mövqe seçimi və son vuruşlardakı dəqiqliyi hücum xəttinin mərkəzi fiquruna çevrilməsinə səbəb olub.

    Lamin Yamal, cəmi 17 yaşı olmasına baxmayaraq, artıq əsas heyətin dəyişilməz üzvüdür. Onun sürəti, texnikası və driblinq qabiliyyəti sağ cinahda real təhlükə yaradır və komandaya strateji üstünlük qazandırır.

    Cinahda digər bir aparıcı fiqur Rafinyadır. Braziliyalı futbolçunun texniki bacarığı və uzaqdan zərbələri onu həm sol, həm də sağ cinahda effektiv edir. Bu mövsüm göstərdiyi performansla Rafinya artıq Qızıl top üçün real namizəd kimi dəyərləndirilir.

    Komandanın mərkəzində isə bu mövsüm transfer olunan Dani Olmo və əsas oyun qurucu Pedri dayanır. Hər iki futbolçu Avro-2024 turnirində də öz milli komandalarının aparıcı fiqurlarına çevrilərək parlaq çıxış ediblər.

    Pedri, oyun oxuma qabiliyyəti, pas dəqiqliyi və presinqdəki effektivliyi ilə diqqət çəkir. O, həm müdafiədə, həm də hücumda balans yaradır.

    Dani Olmo isə gözlənilməz hücumları, dinamik oyun tərzi və qapıya istiqamətlənmiş dəqiq zərbələri ilə tanınır. Onun cinahdan mərkəzə hərəkətləri müdafiə xətlərini çaşdıraraq rəqiblər üçün təhlükə yaradır.

    Bu iki oyunçunun birlikdə meydana gətirdiyi enerji, ritm və nəzarət Barcelona-nın bu mövsümki yüksəlişinin əsas səbəblərindəndir.

    Barcelonanın 2024/25 mövsümündəki uğuru təsadüfi deyil. Hansi Flikin rəhbərliyi, nizam-intizam əsaslı sistem və gənc istedadların doğru şəkildə inteqrasiya olunması, klubu yenidən Avropa səhnəsində favoritlərdən birinə çevirib.

    #Çempionlar Liqası #Xavi Hernandez #Barcelona #Bavariya #Lamin Yamal #İspaniya La Liqası #Fərid Mikayılov #Hansi Flik #Dani Olmo #Pedri #Rafinya #Qızıl Top #Robert Levandovski
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mbappe, Holand və Yamal dünyanın ən bahalı futbolçuları siyahısında

    13 Dekabr 2025 09:33

    "Barselona" səfər matçına itkilərlə çıxacaq

    6 Dekabr 2025 15:11

    Yamal La Liqada ayın futbolçusu seçilib

    6 Dekabr 2025 09:45

    Ceyhun Bayramov Napoli – Qarabağ oyununu stadiondan izləyib

    26 Noyabr 2025 09:10

    Napoli - Qarabağ oyununun biletləri satışa çıxarılıb

    11 Noyabr 2025 10:44

    Napoli baş məşqçisi ilə yollarını ayıra bilər

    10 Noyabr 2025 16:43

    Mbappe Ronaldonun Rekorunu Qırmağa Doğru İrəliləyir

    24 Oktyabr 2025 11:57

    Çempionlar Liqasında üçüncü turun həyəcanı başlayır

    20 Oktyabr 2025 13:26

    Rafinya Səudiyyə transferini niyə qəbul etmədi?

    15 Oktyabr 2025 12:39

    Messinin Barselonaya qayıdışı üçün planlar müzakirə olunur

    13 Oktyabr 2025 15:45

    Messinin Inter Miamidəki müqaviləsi Suarezində taleyini müəyyən edə bilər

    3 Oktyabr 2025 17:48

    Biz Azərbaycanın Qarabağıyıq - Qurban Qurbanov

    2 Oktyabr 2025 09:40
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.