Əsas səhifə » Vinisius Junior futboldan uzaqlaşdıra bilər

Vinisius Junior futboldan uzaqlaşdıra bilər

BAKI,AzerVoice

FİFA Vinisius Junioru iki illik futboldan uzaqlaşdıra bilər.

AzerVoice xəbər verir ki, Real Madrid klubunun braziliyalı hücumçusu Viniçius Junior maraqların toqquşması səbəbindən FİFA tərəfindən iki il müddətinə futboldan uzaqlaşdırıla bilər.

Məlumata görə, Braziliyada Vinisius Juniora qarşı rəsmi şikayət irəli sürülüb. İddia olunur ki, futbolçu ilə əlaqəli olan şirkət bir neçə futbol klubuna sahiblik edir ki, bu da FİFA-nın maraqlarına ziddir.

Əgər FİFA Vinisius Juniorun qaydaları pozduğunu təsdiqləyərsə, futbolçu iki il müddətinə futboldan kənarlaşdırıla bilər.

Xatırladaq ki, Vinisius Junior 2018-ci ildə Braziliyanın "Flamenqo" klubundan "Real Madrid"ə transfer olunub və hazırda 200 milyon avro ilə dünyanın ən bahalı futbolçusu sayılır.

Digər Kateqoriyalar

2025 © Azervoice