Əsas səhifə » Danışıqlar üçün tarix yaxın zamanda müəyyən ediləcək - Kreml

Danışıqlar üçün tarix yaxın zamanda müəyyən ediləcək - Kreml

BAKI, AzerVoice

Rusiya–Ukrayna danışıqları üçün tarix müəyyən olunmalıdır.

AzerVoice xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə üçüncü mərhələ sülh danışıqlarının tarixi üzərində işlərin davam etdiyini və hər iki tərəfin təkliflər gözlədiyini bildirib.

Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov, "Burada heç bir problem yoxdur. Sadəcə tarixlə bağlı proses tamamlanmalıdır," – deyə vurğulayıb. O, həmçinin hər iki tərəfin danışıqlara dair qarşılıqlı memorandum layihələri təqdim etdiyini, lakin onların ictimailəşdirilməsinin sülh prosesinə zərər verəcəyini düşündüklərini qeyd edib.

Peskov ABŞ-ın Ukraynaya bəzi hərbi sursatların göndərilməsini dayandırmasına da münasibət bildirib. “Görünür, raket istehsalı çatışmazlığı var. İsrailə çoxlu göndərişlər edilib. Ukraynaya göndərişlər də bu səbəbdən azalıb. Bu prosesi diqqətlə izləyirik. Ukraynaya nə qədər az raket verilsə, xüsusi hərbi əməliyyat bir o qədər tez başa çatacaqş” - deyə o bildirib.

ABŞ-ın Müstəqillik Günü ilə bağlı Rusiya prezidenti Vladimir Putinin Donald Trampa təbrik zəngi edib-etməyəcəyi sualına isə Peskov, “Biz əvvəlcədən elan etmirik. Görüş baş tutsa, məlumat veriləcək” - deyə cavab verib.

Digər Kateqoriyalar

2025 © Azervoice