Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Qalatasaray Avropada məğlubiyyətsizlik seriyasının lideridir

    10 Yanvar 2025 15:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    "Qalatasaray" bu mövsüm Avropanın ən güclü 10 liqasında çıxış edən komandalar arasında ən uzun məğlubiyyətsizlik seriyasına sahib komanda olaraq zirvədə qərarlaşıb.

    AzerVoice xəbər verir ki, İngiltərənin "Liverpul" klubu İngiltərə Liqa Kubokunun yarımfinalında "Tottenhem"ə məğlub olaraq 24 oyunluq məğlubiyyətsizlik seriyasını başa vurub. Bununla da 22 matçdır uduzmayan "Qalatasaray" Avropanın top liqalarında bütün yarışlar üzrə ən uzun məğlubiyyətsizlik seriyası olan komanda olub.

    Sarı-qırmızılı komanda sonuncu dəfə Ziraat Türkiyə Kubokunda RAMS Başakşəhərlə 2-2 hesablı heç-heçə edib və hazırda məğlubiyyətsizlik seriyasını 22 oyuna çatdırıb.

    Bu uğur Fransanın "Lill" (18 oyun) və Belçikanın "Brügge" (15 oyun) komandalarını geridə qoyub. Əgər "Qalatasaray" növbəti 3 rəsmi oyunda da məğlub olmazsa, "Liverpul"un 24 matçlıq seriyasını keçərək 25 oyunluq məğlubiyyətsizlik rekordu qıracaq.

    "Qalatasaray" bu mövsüm Trendyol Super Liqasının da lideridir. Komanda liqada keçirdiyi 17 oyunda 15 qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib.

    Liqada 49 qol vuraraq, 20 qol buraxan sarı-qırmızılılar, son məğlubiyyətini ötən mövsümün 37-ci həftəsində "Fənərbağça"ya qarşı qəbul edib.

    "Qalatasaray" UEFA Avropa Liqasında da məğlubiyyətsiz yoluna davam edir. "Cimbom" qrup mərhələsində “Latsio”, “Atletik Bilbao”, “Anderlext” və “Mançester Yunayted”lə qarşılaşmalarda məğlub olmayıb.

    Bu oyunlarda üç qələbə və üç heç-heçə ilə 12 xal toplayan "Qalatasaray" hazırda qrupda 6-cı pillədə qərarlaşıb. Komanda 15 qol vurub, 11 top isə buraxıb.

    #Türkiyə #Qalatasaray #Futbol
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    18 Fevral 2026 14:49

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    18 Fevral 2026 14:30

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Osimhen Napolini tənqid etdi

    17 Fevral 2026 16:19

    Türkiyə–Efiopiya münasibətlərində yeni mərhələ – Liderlər Əddis-Əbəbədə görüşəcək

    17 Fevral 2026 09:24

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    16 Fevral 2026 15:37

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    16 Fevral 2026 14:39

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    16 Fevral 2026 13:29

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40
    XƏBƏR LENTİ

    71,930 dollarlıq eksklüzivlik: Ram 1500 Rebel X təqdim edildi

    Maliyyə naziri Sahil Babayev İctimai şura üzvləri ilə görüşüb

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

    Yanvarda Türkiyənin mebel ixracı 562 milyon dolları ötüb (ÖZƏL)

    İran-Rusiya strateji əməkdaşlığı bütün sahələrdə sürətlə icra olunur - Pezeşkian

    Nə Rusiya, nə də Çin nüvə sınağı keçirib - Peskov

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.