BAKI, AzerVoice
Zığ şosesində yol hərəkətində dəyişiklik edilərək yeni svetoforlar quraşdırıldı.
AzerVoice xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb. Yeni svetoforlar bu yollarda istifadəyə verilib:
1. Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində;
2. Xətai rayonu, “NSZ” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində;
3. Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində.
Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.
