Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib

    9 Dekabr 2025 09:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dekabrın 8-də Bakı Konqres Mərkəzində rəsmi açılışı keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” panel müzakirələrlə işini davam etdirib.
    "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusuna həsr olunan növbəti panel Mədəniyyət Nazirliyi Xarici əlaqələr sektorunun müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə gerçəkləşib.

    AzerVoice xəbər verir ki, paneldə İƏT Mədəniyyət işləri departamentinin direktoru Alhoucine Rhazoui, İƏT İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru professor Mahmud Erol Kılıç, İƏT-in Məlumat və mədəniyyət işləri üzrə daimi komitəsinin baş direktoru Ameth Diallo, ABŞ-də Mədəniyyət və Təhsil İnstitutunun baş direktoru Vasif Eyvazzadə və "Mistika" yaradıcılıq qurumunun (Birləşmiş Ərəb Əmirlikləri) həmtəsisçisi və icraçı direktoru Mohammad Jamal Abdelfattah Elgohary çıxış ediblər.

    Tədbirdə rəqəmsallaşan dünyada İslam mədəniyyətinin qorunması, öyrədilməsi və gələcək nəsillərə çatdırılması məsələləri diqqət mərkəzinə çəkilib. Natiqlər texnologiyanın mədəniyyətin daşıyıcısına çevrildiyi bir dövrdə ənənəvi biliklərin müasir formada necə qoruna biləcəyi, eyni zamanda gənc nəsillərin marağını artırmaq üçün yeni rəqəmsal vasitələrin tətbiqi kimi məsələlərə toxunublar.

    Eyni zamanda yeni şəraitdə İƏT, IRCICA və digər beynəlxalq qurumların qeyd olunan sahələr üzrə missiyası da müzakirə edilib.

    Sonda panel iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

    "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib
    "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib
    #BƏƏ #ABŞ #İƏT #İƏT Mədəniyyət Festivalı #İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025 #Alhoucine Rhazouin #Aydan Nurəlizadə #IRCICA #Mahmud Erol Kılıç #Ameth Diallo #Vasif Eyvazzadə #Mohammad Jamal Abdelfattah Elgohary
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Türkiyənin İƏT ölkələri ilə ticarət dövriyyəsi genişlənir (ÖZƏL)

    12 Fevral 2026 09:00

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47

    Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens

    10 Fevral 2026 22:42

    Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır - ABŞ-nin Vitse-prezidenti

    10 Fevral 2026 22:40

    Azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldu - Vens

    10 Fevral 2026 22:39
    XƏBƏR LENTİ

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.