BAKI, AzerVoice
Mən ABŞ Prezidentinin şəxsən Sizə, eləcə də Azərbaycan xalqına ən səmimi salamlarını çatdırmaq istəyirəm.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
“Düşünürəm ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. Fikrimcə, bir çox amerikalı bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldu. Onlar dünya səviyyəsində terrorçuluqla aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq bura gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəsilə keçmək istəyirdik”, - deyə o əlavə edib.