Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Təhsilin İnkişafı Fondu MÜSİAD Azərbaycanı ziyarət edib

    20 Sentyabr 2025 14:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.

    AzerVoicexəbər verir ki, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvü Elvin Əliyev və Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu iştirak ediblər.

    Görüş zamanı universitet–sənaye əməkdaşlığı və Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında birgə fəaliyyət imkanları müzakirə olunub. Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələrdən bəhs edərək tələbələrin təhsilə əlçatanlığının artdığını vurğulayıb. O, həmçinin təhsil və əmək bazarı arasında mövcud boşluqların aradan qaldırılması üçün qısa müddətli ixtisasartırma və peşə kurslarının əhəmiyyətini qeyd edib.

    Öz növbəsində, Rəşad Cabirli MÜSİAD Azərbaycan tərəfindən universitetlərlə sıx əməkdaşlıq aparıldığını və bu çərçivədə mütəmadi olaraq müxtəlif layihələrin icra edildiyini bildirib. O, yaxın aylarda MÜSİAD Azərbaycan tərəfindən gələcəkdə tələb olunacaq peşə və bacarıqlara diqqət çəkmək məqsədilə “Peşələrin gələcəyi, Gələcəyin peşələri” adlı konfransın təşkil olunacağını da vurğulayıb.

    Tərəflər universitet–sənaye əməkdaşlığının gücləndirilməsi və gənclərdə sahibkarlıq ruhunun təşviqi istiqamətində tərəfdaşlıq barədə razılığa gəliblər. Bu istiqamətdə,yaxın zamanda Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında Tərəfdaşlıq Memorandumu imzalanacağı qeyd olunub.

    Təhsilin İnkişafı Fondu MÜSİAD Azərbaycanı ziyarət edib
    Təhsilin İnkişafı Fondu MÜSİAD Azərbaycanı ziyarət edib
    Təhsilin İnkişafı Fondu MÜSİAD Azərbaycanı ziyarət edib
    Təhsilin İnkişafı Fondu MÜSİAD Azərbaycanı ziyarət edib
    #MÜSİAD Azərbaycan #MÜSİAD #Rəşad Cabirli #Təhsilin İnkişafı Fondu #Elnur Nəsibov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Təhsilin İnkişafı Fondu və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

    6 Fevral 2026 11:59

    Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

    21 Dekabr 2025 12:50

    MÜSİAD Azərbaycan ilə Bilim Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub

    20 Noyabr 2025 21:27

    SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib

    13 Noyabr 2025 19:22

    MÜSİAD-dan vergi güzəştləri ilə bağlı təkliflər

    7 Noyabr 2025 17:25

    İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb

    30 Oktyabr 2025 22:10

    Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 Bakıda keçiriləcək

    30 Oktyabr 2025 16:51

    MÜSİAD Azərbaycan üzvləri arasında futbol turnirinin final mərhələsi keçirilib

    20 Oktyabr 2025 11:30

    MÜSİAD Azərbaycan bir sıra mühüm tədbirlərin təşkilatçısı və tərəfdaşı olacaq

    17 Oktyabr 2025 15:55

    MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib

    9 Oktyabr 2025 10:02

    MÜSİAD Azərbaycan Bakı Türk Anadolu Liseyinin Əhmədli filialını ziyarət edib

    8 Oktyabr 2025 14:49

    MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir

    7 Oktyabr 2025 16:52
    Demo
    XƏBƏR LENTİ

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    Türkiyədə zəlzələ ilə bağlı 2 min 600-dən çox şəxs mühakimə olunur - Yılmaz Tunç

    Yanvar ayında Türkiyədən Azərbaycana tekstil ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Hakan Fidan və Qətər Baş naziri arasında regional məsələlər müzakirə olunub

    Türkiyə və Kanada müdafiə sənayesində əlaqələri gücləndirir

    Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçilərinə müraciət edib

    Yunan zabit NATO sirrlərini Çinə ötürməkdə ittiham olunur

    Keçən il Türkiyənin Çeşmə limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə 186 min nəfər səfər edib

    Fast fashion və istehlak böhranı - geyim vərdişlərimiz ətraf mühiti necə təhlükəyə atır?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.