Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    "6 milyon dolları böldük" - DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derrazın məhkəməsi

    12 Sentyabr 2025 09:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    AzerVoice xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

    A.Derraz ixtisasca mühəndis olduğunu bildirib. Dövlət ittihamçısı isə ondan ixtisasca mühəndis olduğu halda, Fərhad Əhmədovun yaxtasına qoyulan həbsin götürülməsi ilə bağlı olan məhkəmə prosesində hüquq məsləhətçisi kimi necə çıxış etməsi barədə sual ünvanlayıb. A.Derraz bildirib ki, o, məhkəmə prosesində iştirak etməyib: “Mən hüquqşünas deyiləm, proseslərdə də iştirak etməmişəm. Sadəcə, məsləhətlər vermişəm. Fərhad Əhmədovun Dubayda yaxtası var idi. Bu yaxtanın azad olunması üçün ona bir neçə vəkil kömək edib. Mən mühəndis olsam da, hüquqi sahədə təcrübəm var idi. Bir daha qeyd edirəm ki, mən prosesdə iştirak etməmişəm, sadəcə, köməklik etmişəm. İşləri koordinasiya edirdim. Mən onların mandatlı nümayəndəsi idim. Yaxta azad olunmadı və mən bonus almadım”.

    Dövlət ittihamçısının “Siz Fərhad Əhmədovla necə tanış olmusunuz, müqavilə kiminlə bağlanıb”? sualına cavab olaraq Derraz bildirib: “Tanışlığımız ortaq dostlar sayəsində baş tutub. Müqavilə də onunla bağlanıb. Aramızdakı müqavilə də hüquqi yardım yox, məsləhət olub. Müqaviləmiz də əsasən Birləşmiş Ərəb Əmirliklərində icra olunurdu. Hüquqi məsləhət zamanı qonorar almışam. Mənim Dubayda bank hesabım olub. Pul İsveçrədən Fərhad Əhmədovun hesabından köçüb”.

    Daha sonra təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə olunub. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Dubayda yaşayıb. Onun Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəisi Aleksandr Benalla ilə tanışlığı olub. Fərhad Əhmədovla “Luna” adlı yaxtasının həbsdə olması və həbsin götürülməsi üçün kömək lazım olması barədə söhbətləri olub: “London məhkəməsinin əsassız qərarı barədə danışdı. Onlayn formatda görüşdük. Benalla dedi ki, əlaqələri vasitəsilə yaxtanı həbsdən azad edəcək. Mən də hüquqi məsləhət verməli, vəkillər tapmalı idim. Bir növ lobbiçiliklə məşğul olmalı idim. Biz yaxtanın həbsdən azad edilməsi, həmçinin onun sularda azad üzməsini təmin edəcəkdik və bunun üçün müqavilə bağladıq. Müqavilə dəyəri 6 milyon 140 min dollar idi. Biz pulu böldük. 2 milyon 250 min mənə, 3 milyon 290 min dollar Aleksandr Benallaya çatacaqdı. Sonra avans olaraq 400 min dollar Benalla, 200 min dollar mən götürdüm. Qalan pulu da işi tam təhvil verdikdən sonra götürəcəkdik. Pul bizə Fərhad Əhmədovun İsveçrədəki bank hesabından köçürülüb. Mən 15 noyabr 2018-ci ildə müqavilə bağladım. Benallanın da öz müqaviləsi var idi. Sonra mediada oxudum ki, Aleksandr Benalla milyonçu İsgəndər Mahmudovdan pul aldığı üçün məsuliyyətə cəlb edilib. Mən üzərimə düşəni yerinə yetirdim, amma “Luna” azad edilmədi. Lakin mən qonorarımı geri qaytarmadım. Bu, müqavilənin şərtlərində də əks olunmuşdu. Bizə köçürmə zamanı Aleksandr Benallaya bankda problem yaranmışdı. O, pulun “Luna”nın həbsdə olduğu, azad edilməsi üçün olduğunu desə də, bank bunu internetdə axtarıb yanlış olduğu üçün imtina etdi. Məndən də mənbə soruşuldu, mənbəni dedim, problem yaranmadı. Aleksandr Benallaya gəldikdə isə “Luna” həbsdə idi. İnternet ciddi mənbə deyil. Bank deyib ki, guya “Luna” üzərində həbs yoxdur”.

    Məhkəmənin növbəti iclası oktyabrın 2-də şahidlərin ifadəsi ilə davam edəcək.

    Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

    Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

    Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

    A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

    DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

    Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

    #DTX #Ali Məhkəmə #Bakı Ağır Cinayətlər Məhkəməsi #cinayətlər #Azərbaycan DTX #məhkəmə qərarı #cinayət məhkəməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    DTX Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı videdeoçarx hazırlayıb

    12 Dekabr 2025 09:21

    AXCP sədri Əli Kərimli barəsində vəsatət təmin edilməyib

    10 Dekabr 2025 15:52

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    5 Dekabr 2025 20:22

    AXCP sədri Əli Kərimli barəsində qərar qüvvədə saxlanılıb

    5 Dekabr 2025 16:11

    Əli Kərimliyə ittiham irəli sürüldü: maddələr açıqlandı

    1 Dekabr 2025 12:25

    Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya 21 il həbs cəzası verilib

    27 Noyabr 2025 16:11

    Dini ekstremizm: Xristian radikal qrupların tarixi və müasir təhlükəsi

    26 Noyabr 2025 15:19

    General-leytenant Fərhad Tağızadə Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı döş nişanı ilə təltif edilib

    21 Noyabr 2025 19:03

    Destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik törətməyə çalışır – Əli Nağıyev

    14 Noyabr 2025 14:28

    Zəfərin beşinci ildönümü paradında Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” xüsusi təyinatlıları da iştirak edib (VİDEO)

    8 Noyabr 2025 20:20

    DTX-nin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı paylaşım edilib (VİDEO)

    8 Noyabr 2025 17:47

    Gürcüstanın və Azərbaycanın təhlükəsizlik orqanlarının rəhbərləri arasında əməkdaşlıq münasibətləri müzakirə edilib

    25 Oktyabr 2025 20:07
    Demo
    XƏBƏR LENTİ

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

    Əczaçılıq ordudan önəmlidir: İran dövlətçiliyində gizli böhran

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.