Bakı. AzerVoice
Azərbaycan tərəfi heç bir dövlətin, hansısa qurumun daxili işlərinə qarışmaq niyyətində deyil.
AzerVoice xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlıların cinayət işi ilə bağlı mətbuat konfransında Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
Onun sözlərinə görə, lakin proses zamanı bir və ya bir neçə Azərbaycan vətəndaşına qarşı amansızlıq nümayiş etdirilirsə, onların hüquqları kütləvi şəkildə pozularsa, dövlətimizin bu hadisəyə reaksiya verməsi bizim vəzifə borclarımızdan biridir.
O qeyd edib ki, Rusiya tərəfindən ölüm hadisəsini təsdiq edən ekspert rəyləri yoxdur:
"İndiki halda bu qeyri-peşəkar yanaşma olardı. Ekspertiza nəticəsində çoxsaylı xəsarətlər müəyyən olunub. Buna görə də Azərbaycan Respublikasında cinayət işi başlanıb və buna kifayət qədər hüquqi əsas var".