Əsas səhifə » Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi

Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi

BAKI, AzerVoice

12 may 2025-ci il tarixində görkəmli qırğız şairi Alıkul Osmonovun adını daşıyan ev-muzeyində yerləşən büstü önündə təntənəli gülqoyma mərasimi keçirilib.

AzerVoice xəbər verir ki, mərasimdə Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Qırğız Respublikası Dövlət katibi Suyunbek Kasmambetov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin və Bişkek şəhər meri aparatının yüksək vəzifəli nümayəndələri, həmçinin digər qonaqlar iştirak ediblər.

Tədbir, böyük qırğız şairi Alıkul Osmonovun anadan olmasının 110 illiyinə həsr olunmuş "Alıkul Osmonovun Poeziya Dünyası" adlı Beynəlxalq Forum çərçivəsində təşkil olunub.

Bişkek şəhərində yerləşən ev-muzeyi 2024-cü ildə Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi, Bişkek şəhər meri və Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində tam bərpa olunmuş və muzeyləşdirilmə mərhələsindən keçmişdir.

Ziyarət zamanı qonaqlar Alıkul Osmonovun həyat və yaradıcılığını əks etdirən, unikal əlyazmalar, şairin şəxsi əşyaları və nadir arxiv materiallarını özündə cəmləyən yenilənmiş ekspozisiya ilə tanış olublar. Muzey infrastrukturunun müasir standartlara uyğun: multimediya və ekspoziyalı yaradılması klassik qırğız poeziya irsinin gənc nəslə və xarici ziyarətçilərə daha təsirli şəkildə təqdim edilməsinə imkan verir.

Aktotı Raimkulova öz çıxışında vurğulayıb: “Alıkul Osmonovun ev-muzeyi sadəcə mədəni obyekt deyil, xalqın tarixi yaddaşı ilə canlı təmas nöqtəsidir. Fondun bu məkanı yeniləməyə töhfə verməsi ilə qürur duyuruq, çünki məhz bu cür məkanlar gənc nəslə milli irsə hörmət və varislik hissini aşılayır.”

Ziyarət çərçivəsində Qırğız Respublikasının Dövlət katibi ev-muzeyin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.

Muzeyin yenidən qurulması şəhərin infrastukturunun inkişafında və ədəbi-tarixi abidələrin dəstəklənərək mədəni əlaqələrin möhkəmlənməsində mühüm addım olub. Xatırladaq ki, bu Fondun ilk genişmiqyaslı restavrasiya layihəsidir.

Digər Kateqoriyalar

2025 © Azervoice