BAKI,AzerVoice
Bu gün, çərşənbə axşamı, Misirin tanınmış alimi, Əl-Əzhər Universitetinin sabiq rektoru və Ali Alimlər Şurasının üzvü professor Əhməd Ömər Haşim vəfat edib. AzerVoice xəbər verir ki, o, uzun sürən xəstəliklə mübarizədən sonra dünyasını dəyişib.
Mərhumun ailəsi və yaxınları onun ölüm xəbərini rəsmi “Facebook” səhifəsində elan ediblər. Paylaşımda deyilir:“Allahın qəzasına iman və razılıqla dolu qəlblərlə, Ərəb və İslam aləminə, sevimli tələbələrinə və dostlarına əziz imamımız, şərəfli alim doktor Əhməd Ömər Haşimin vəfatını elan edirik.”
Professor Əhməd Ömər Haşim son onilliklərin Əl-Əzhər məktəbinin ən nüfuzlu simalarından biri sayılırdı. O, həm alim, həm də vaiz kimi İslam dünyasında geniş tanınmışdı.
Haşim uzun illər Əl-Əzhər Universitetinin rektoru vəzifəsini icra edib, Misirdə və bir sıra xarici ölkələrdə elmi və dini qurumlarda fəal iştirak edib. Onun çoxsaylı elmi əsərləri və çıxışları İslam təlimlərinin təbliği və dini dəyələrin qorunması baxımından böyük əhəmiyyət kəsb edib.