Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Deputat Sevil Mikayılova Cenevrədə keçirilən IPU qadın-parlamentarilərin Forumu və Bürosunun iclasında məruzə ilə çıxış edib

    20 Oktyabr 2025 11:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan olan vitse-prezidenti, millət vəkili Sevil Mikayılova Cenevrədə keçirilən IPU 151-ci Assambleyası çərçivəsində qadın-parlamentarilərin Forumu və Bürosunun iclasında məruzə ilə çıxış edib.

    AzerVoice-in məlumatına görə, Sevil Mikayılova üzvü olduğu IPU-nun Gender tərəfdaşlığı məsələləri üzrə Qrupunun adından çıxış edərək bildirib ki, Qrupun əsas məqsədi həm IPU-nun fəaliyyətində, həm də milli parlamentlərdə qadınların və kişilərin bərabər iştirakına vasitəçilik etməkdir.

    "Oktyabrın 18-də Qrup burada, Cenevrədə öz ilk iclasını keçirdi. Mandatımıza uyğun olaraq, biz bu Assambleyada qadın deputatların iştirakını monitorinq etməklə başladıq. 18 oktyabr tarixinə olan məlumata görə, qeydiyyatdan keçmiş bütün nümayəndələrin 37,1 faizini qadınlar təşkil edir. Bu göstərici Daşkənddə keçirilən əvvəlki Assambleyanın nəticələrinə yaxındır və son beş sessiyanın orta göstəricilərini üstələyir. Bu, ümidverici tendensiyadır və ümid edirik ki, Assambleya işi sona çatana qədər bu rəqəmlər qorunub saxlanılacaq", - deyə o vurğulayıb.

    S. Mikayılova həmçinin, nümayəndə heyətlərinin tərkibindəki disbalansa da diqqət çəkib:

    "Bizim son məqsədimiz gender bərabərliyinə nail olmaqdır, lakin təfərrüatlar göstərir ki, hələ görüləsi çox iş var. Hər birində ən azı iki nümayəndə olan 125 nümayəndə heyətindən səkkizi kişi, biri isə qadındır. Bu, ötən il Cenevrədə müşahidə olunan vəziyyətə demək olar ki, uyğundur, lakin ümumilikdə əvvəlki illərlə müqayisədə daha aşağı göstəricidir. Bundan başqa, cəmi bir nəfərdən ibarət 11 nümayəndə heyəti var ki, onların doqquzu kişi, ikisi isə qadındır. Beləliklə, 17 nümayəndə heyətinin yalnız kişilər, 3 nümayəndə heyətinin isə yalnız qadınlar tərəfindən təmsil olunacağı gözlənilir".

    Qrup həmçinin, kişi və qadınların ən azı 40 faizdən ibarət olduğu "gender balanslı" nümayəndə heyətlərini də təhlil edib.

    "Əvvəlki iki Assambleyada rekord sayda – 49 balanslaşdırılmış nümayəndə heyəti olmuşdu, indi isə onların sayı 40-dır. Bu, onu göstərir ki, biz daha yaxşı işləyə bilərik və işləməliyik. Hər bir geosiyasi blokda gender balanslı nümayəndə heyətləri mövcuddur – biz bir-birimiz üçün nümunə ola bilərik", – deputat qeyd edib.

    Sevil Mikayılova əlavə edib ki, Qrup "International Gender Champions" təşkilatı tərəfindən IPU və "Women at the Table" qurumu ilə birgə hazırlanmış, gender yönümlü assambleyaların təşkili üçün nəzərdə tutulan praktik vəsaitin ikinci nəşrini alqışlayıb.

    "Bu vəsait qadınların iştirakının genişləndirilməsi və gender bərabərliyinin təşviqi üçün şərait yaradılmasına dair praktik tövsiyələr təqdim edir. Sənəddə IPU-nun uzun illər ərzində ardıcıl şəkildə təşviq etdiyi qabaqcıl yanaşmalar toplanıb. Qrupumuz bu təşəbbüslərin ön sıralarında yer aldığı üçün qürur duyur. Biz sizi bu vəsaitlərdən və onun ən yaxşı təcrübələrindən fəal şəkildə yararlanmağa çağırırıq",- deyə o bildirib.

    Çıxışının sonunda Sevil Mikayılova vurğulayıb ki, Qrup qadınların payı 10 faizdən az olan parlamentlərin nümayəndə heyətləri ilə dialoqu davam etdirəcək və onlara dəstək təklif edəcək.

    "Biz həmkarlar arasında qarşılıqlı yardımı yüksək qiymətləndiririk və əminik ki, təcrübə mübadiləsi yolu ilə qərarların qəbulunda gender bərabərliyi məqsədinə bir qədər də yaxınlaşa bilərik. IPU çərçivəsində və milli səviyyədə dəstəyinizə ümid edirik", - deyə Sevil Mikayılova fikrini yekunlaşdırıb.

    Qeyd edək ki, Beynəlxalq Parlamentlərarası İttifaqın 151-ci Assambleyası 2025-ci il oktyabrın 19-dan 23-dək İsveçrənin Cenevrə şəhərində keçirilir. Assambleyanın işində təşkilatın bütün nizamnamə orqanları – Rəhbər Şura, Daimi Komitələr, Parlament üzvlərinin hüquqları və Yaxın Şərq məsələləri üzrə komitələr, həmçinin Qadın Parlamentarilər Forumu və Gənc Deputatlar Forumu iştirak edir.

    Assambleyanın ümumi müzakirəsinin əsas mövzusu "Böhran dövrlərində humanitar normalara riayət və humanitar fəaliyyətin dəstəklənməsi"dir. İştirakçılar aktual çağırışları müzakirə edəcək, fikir mübadiləsi aparacaq və bu sahədə parlament təşəbbüsləri hazırlayacaqlar. Bundan əlavə, fövqəladə gündəlik üzrə və Demokratiya və İnsan Hüquqları Daimi Komitəsində müzakirə edilən mövzu – "Beynəlxalq qanunsuz övladlığa götürmə qurbanlarının tanınması və dəstəklənməsi, bu təcrübənin qarşısının alınması tədbirləri" ilə bağlı qətnamələr qəbul ediləcək. Assambleya ümumi müzakirənin əsas mövzusuna dair yekun sənədin qəbulu ilə başa çatacaq.

    Deputat Sevil Mikayılova Cenevrədə keçirilən IPU qadın-parlamentarilərin Forumu və Bürosunun iclasında məruzə ilə çıxış edib
    Deputat Sevil Mikayılova Cenevrədə keçirilən IPU qadın-parlamentarilərin Forumu və Bürosunun iclasında məruzə ilə çıxış edib
    Deputat Sevil Mikayılova Cenevrədə keçirilən IPU qadın-parlamentarilərin Forumu və Bürosunun iclasında məruzə ilə çıxış edib
    #Milli Məclis #Sevil Mikayılova #Sahibə Qafarova #Cenevrə #Beynəlxalq Parlamentlərarası İttifaqı (IPU
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanda daxili qoşunlarla bağlı yeni qanun qəbul edilir

    9 Dekabr 2025 12:18

    Azərbaycan-Belarus əməkdaşlığının müqavilə-hüquq bazası 170-dən çox sənədi ehtiva edir - Səfir

    8 Dekabr 2025 17:43

    Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritet istiqamətidir – Sahibə Qafarova

    8 Dekabr 2025 11:31

    Milli Məclisdə Azərbaycan dili ilə bağlı konfrans keçirilir

    8 Dekabr 2025 11:00

    Nazir işsizlərin icbari tibbi sığortaya cəlb edilməsinə aydınlıq gətirib

    2 Dekabr 2025 15:58

    Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib

    28 Noyabr 2025 19:00

    Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub

    28 Noyabr 2025 18:09

    Ombudsman Cenevrədə BMT-nin Biznes və İnsan Hüquqları Forumunda iştirak edib

    27 Noyabr 2025 11:18

    ATƏT PA-da Bakı–İrəvan parlament görüşü: Ermənistan tranzit qərarına görə Azərbaycana təşəkkür etdi

    26 Noyabr 2025 12:19

    İşğaldan Zəfərə, Zəfərdən quruculuğa: Kəlbəcərin beşillik yolu

    25 Noyabr 2025 11:45

    Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq müzakirə olunub

    24 Noyabr 2025 15:55

    Sosial şəbəkələrdə əxlaqsızlığa çağırış edənlər cərimələnəcək

    24 Noyabr 2025 10:39
    Demo
    XƏBƏR LENTİ

    Müasir hərbi texnologiyalar haqqında nə bilirik?

    İsrail UNIFIL qüvvələrini hədəfə alıb

    Tarixdə bu gün – 11 Dekabr

    Bakıda Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

    Fələstin xalqının ağrısı dünyanı ədalət axtarışına daha çox sövq edir - Əminə Ərdoğan

    İsrailli druz lider ABŞ-dan Suriyadakı druzların təhlükəsizliyi üçün təminat istəyib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib

    Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz mövzusunda panel müzakirəsi keçirilib

    Zelenski Rusiya-Çin əməkdaşlığının daha yaxından izlənilməsi barədə tapşırıq verib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.