259
Bakı,AzerVoice
Quranın 80-ci surəsi olan Əbəsə surəsi, 42 ayədən ibarətdir.
Məkkə dövründə nazil olmuşdur. Surənin adı ilk ayədəki “üzünü
turşutdu, qaşqabaq salladı” mənasını verən “əbəsə” sözündən
götürülmüşdür. Rəvayətə görə, İbn Ümmü Məktum adlı gözləri görməyən
bir səhabə Həzrət Peyğəmbərin digər insanlarla söhbəti zamanı ondan
dinlə bağlı suallar soruşmuşdur.
Həzrət Peyğəmbər sözü kəsildiyi üçün narahat olub üzünü turşudunca
bu surə nazil olmuşdur. Bəzi mənbələrdə bu ayələrin Həzrət
Peyğəmbərin deyil, İbn Ümmü Məktuma üzünü turşudan başqa bir şəxs
haqqında nazil olduğu deyilir. Beləcə, surənin ilk 16 ayəsi bu
hadisə haqqında nazil olmuşdur. Daha sonra Quranın həqiqəti əks
etdirdiyi bildirilir.