Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian

    7 Noyabr 2025 09:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehran üçün ciddi su qıtlığı xəbərdarlığı edib. Prezident bildirib ki, yaxın günlərdə yağış yağmasa, gələn aydan etibarən şəhərdə su kəsintiləri tətbiq olunacaq. Əgər bu tədbirlər də kifayət etməzsə, Tehranı boşaltmaq məcburiyyətində qalacaqlarını deyib.

    AzerVoice xəbər verir ki, İtimad qəzetinin məlumatına görə, Prezident bu açıqlamanı ölkənin qərbində yerləşən Sənəndəc şəhərində keçirdiyi görüş zamanı səsləndirib. O, çıxışında həm iqtisadi, həm də sosial problemlərə toxunaraq, qiymət artımı və inflyasiyanın həm yanlış daxili qərarların, həm də sanksiyaların nəticəsi olduğunu vurğulayıb.

    “Yağış yağmazsa, gələn aydan etibarən Tehranda su məhdudlaşdırmasına gedəcəyik. Bundan sonra da yağış olmazsa, suyumuz tükənəcək və Tehranı təxliyə etməyə məcbur olacağıq,” – deyə Pezeşkian bildirib.

    Pezeşkian həmçinin ölkədəki quraqlığın ciddi təhlükə yaratdığını bildirib.

    Prezident su və enerji sərfiyyatında qənaətə, eləcə də daha səmərəli idarəetməyə ehtiyac olduğunu vurğulayıb.

    Tehrana su əsasən Əmir Kəbir, Lar, Məmlu, Talekan və Latyan su anbarlarından təmin olunur. Lakin son illərdə ölkə üzrə yağıntıların kəskin azalması bu anbarlardakı su səviyyəsini son yüz ilin ən aşağı həddinə endirib.

    Hava müşahidə xidmətlərinin məlumatına görə, bu il Tehranda yağıntıların miqdarı mövsüm normasından təxminən 40 faiz az olub. Yaz və yay aylarında demək olar ki, yağış yağmayıb, nəticədə həm səth, həm də yeraltı su ehtiyatları ciddi şəkildə azalıb.

    Tehran Su İdarəsinin məlumatına əsasən, hazırkı vəziyyət davam edərsə, şəhərin su ehtiyatları cəmi iki həftəlik dövr üçün kifayət edə bilər.

    #İran #Tehran #qlobal istilik #Məsud Pezeşkian #quraqlıq #Quraqlıq və istilik #2025 istilik rekordu #istilik və sağlamlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan və İran hökumətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb

    11 Dekabr 2025 16:31

    Hava çirkliliyi İranda hər il 50 min insanın ölümünə səbəb olur

    11 Dekabr 2025 14:16

    İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

    11 Dekabr 2025 12:39

    Pezeşkian və Putin Beynəlxalq Sülh Forumunda danışıqlar aparacaq

    11 Dekabr 2025 12:21

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49

    İranda silahlı hücum nəticəsində 3 mühafizəçi həlak olub

    10 Dekabr 2025 17:52

    İran, Çin və Səudiyyə Ərəbistanı Tehranda üçtərəfli görüşdə regional əməkdaşlığı müzakirə edib

    10 Dekabr 2025 10:40

    Türkiyədən İrana hazır geyim ixracı 22 milyon dolları keçib (ÖZƏL)

    9 Dekabr 2025 15:50

    İran nüvə proqramını davam etdirəcək və MAQATE çərçivələrinə riayət edəcək

    9 Dekabr 2025 14:34

    İran dronlarla yağış yaratmağa çalışır - su qıtlığı kritik həddə çatıb

    9 Dekabr 2025 11:44

    Şahin Mustafayev İran XİN rəhbəri ilə Azərbaycan-İran əməkdaşlığını müzakirə edib

    8 Dekabr 2025 18:27

    İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

    8 Dekabr 2025 14:02
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.