Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    17 Fevral 2026 19:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

    Bu barədə AzerVoice-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilir ki, sözügedən Sazişə əsasən, Azərbaycan Respublikası tərəfindən Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisi və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmiri həyata keçiriləcək.

    İmzalanma mərasimi zamanı çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq çərçivəsində İslam dünyasında təhsil imkanlarının genişləndirilməsinə və təhsil infrastrukturunun inkişafına töhfə verməyə xüsusi önəm verdiyini qeyd edib. Nazir bu xüsusda Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına yönəlmiş təşəbbüsün əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, həyata keçiriləcək bu təşəbbüs Suriya Ərəb Respublikasında uşaqlar və gənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin yaradılmasına xidmət edəcək.

    ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik çıxışında imzalanmış Sazişin Suriyada təhsil infrastrukturunun bərpasına mühüm töhfə verəcəyini, eyni zamanda, İslam dünyası ölkələri arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.

    #Elm və Təhsil Nazirliyi #Emin Əmrullayev #ICESCO #İslam Dünyası Təhsil #Elm və Mədəniyyət Təşkilatı #Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Abdulrahman Turko #Dr. Salim bin Məhəmməd əl-Malik #Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    16 Fevral 2026 19:09

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    16 Fevral 2026 13:41

    Rumıniyada 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı elan edilib

    13 Fevral 2026 09:30

    Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

    12 Fevral 2026 19:47

    SOCAR-ın “Elm və təhsil fondu”ndan elmi müəssisələrə böyük dəstək: Qaliblər elan olundu

    12 Fevral 2026 10:35

    Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni direktor təyin olunub

    11 Fevral 2026 09:45

    Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammiti çərçivəsində bir sıra görüşlər keçirib

    5 Fevral 2026 10:24

    Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib

    5 Fevral 2026 10:23

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib

    4 Fevral 2026 09:21

    Elm və təhsil sahəsində Azərbaycan–Səudiyyə Ərəbistanı əməkdaşlığı müzakirə olunub

    3 Fevral 2026 09:36

    Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb

    29 Yanvar 2026 15:53
    XƏBƏR LENTİ

    Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb

    İran ABŞ arasında Cenevrədə kritik nüvə danışıqları baş tutub

    Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də sabah Ramazan ayı başlayır

    Azərbaycan və BƏƏ iqtisadi tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.