Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    16 Fevral 2026 18:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    İngiltərənin paytaxtı Londonda yerləşən Britaniya Milli Kitabxanasında “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunan tədbir keçirilib.

    AzerVoice Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, tədbir Britaniya Azərbaycanlıları Cəmiyyəti və cəmiyyətin nəzdində fəaliyyət göstərən Qarabağ Məktəbinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

    Açılış nitqi ilə çıxış edən məktəbin rəhbəri Fəridə Pənahova tədbirin əsas məqsədinin Azərbaycan dilinin, milli kimliyin və mədəni irsin qorunması və təbliğinə töhfə vermək olduğunu bildirib. O həmçinin tədbirin təşkilinə və Qarabağ məktəbinin fəaliyyətinə göstərilən dəstəyə görə komitəyə təşəkkür edib.

    Qarabağ Məktəbinin Azərbaycan dili müəllimi və “Bülbül” ana dili kitabının müəllifi Emiliya Cəbrayılova çıxışında ana dilinin uşaqların intellektual inkişafında, milli kimliyinin formalaşmasında və tarixi kökləri ilə bağlılığının möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Valideynlər-Ləman Ağası, İlahə Ocal, Ceyran Şirinova və Ülviyyə Tağızadə övladlarına ana dilinin öyrədilməsinin və ailə daxilində milli-mədəni dəyərlərin qorunmasının vacibliyini qeyd ediblər.

    Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi Eltay Aslanov da iştirak edib. O bu cür təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını söyləyib, ana dilinin milli kimliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb.

    Tədbir çərçivəsində uşaqlara “Azərbaycan” sözünü eşitdikdə nəyi xatırladıqları barədə sual ünvanlanıb. Uşaqlar bu suala qürurla Azərbaycan bayrağı cavabını veriblər. Daha sonra şagirdlər Dövlət bayrağımızın rəsmini çəkiblər, “Bülbül” kitabının “Özün rənglə” bölməsində milli ornamentlərimizin şəkli olan səhifələri rəngləyiblər. Onlar, həmçinin Azərbaycan dilində şeirlər və mahnılar səsləndirib, “Tərəkəmə” rəqsini ifa edib, “Tıq tıq xanım” animasiya filmini izləyiblər. Sonda komitə adından “Bülbül” kitabının 20 nüsxəsi uşaqlara hədiyyə edilib.

    Tədbirə Oksford, Kembric və Mançester şəhərlərindən Qarabağ Məktəbində təhsil alan şagirdlərin ailələri də qatılıb. Əsasən onlayn dərslərdə iştirak edən uşaqlar üçün canlı görüş xüsusi əhəmiyyət daşıyıb. Tədbir həm şagirdlər, həm də valideynlər üçün yaddaqalan anlarla zəngin olub, qarşılıqlı ünsiyyət və tanışlıq baxımından mühüm rol oynayıb. Təşkilatçılar bu cür təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər.
    Qeyd edək ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin (BAC) 2021-ci ilin sentyabrında təsis etdiyi onlayn Qarabağ məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Məktəb Azərbaycan dilinin, mədəniyyətinin və milli irsinin xaricdə yaşayan azərbaycanlı uşaqlara aşılanması, eyni zamanda bu dəyərlərin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm töhfə verir.

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib
    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib
    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib
    #London #İngiltərə #Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi #Britaniya Milli Kitabxanası #21 Fevral - Beynəlxalq Ana Dili Günü #Britaniya Azərbaycanlıları Cəmiyyəti #Qarabağ Məktəbi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nottinqem Forest baş məşqçisi ilə yollarını ayırdı

    12 Fevral 2026 11:38

    Starmer, Mançester Yunated rəhbərinin miqrasiya ilə bağlı fikirlərini qınayıb

    12 Fevral 2026 09:43

    Sədr müavini Kanadada bir sıra görüşlər keçirib

    6 Fevral 2026 22:51

    "Arsenal" İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazandı

    4 Fevral 2026 09:44

    Serj Qnabri “Tottenhem”ə transfer ola bilər

    31 Yanvar 2026 10:17

    "Çelsi" 18 yaşlı yarımmüdafiəçini geri çağıracaq

    29 Yanvar 2026 11:36

    "Qarabağ" "Liverpul"a uduzub - UEFA Çempionlar Liqası

    29 Yanvar 2026 09:21

    “Aston Villa” Temmi Abrahamı transfer etdi

    28 Yanvar 2026 10:18

    “Bornmut” braziliyalı hücumçu Rayanın transferini rəsmiləşdirib

    25 Yanvar 2026 13:42

    “Turan Tovuz” ingiltərəli hücumçu Coş Cinnellini transfer edib

    25 Yanvar 2026 10:30

    “Liverpul” Premyer Liqada səfərdə “Bornmut”a məğlub olub

    25 Yanvar 2026 10:22

    Çelsidən Palmer üçün Mançester Yunayted iddialarına sərt cavab

    24 Yanvar 2026 13:56
    XƏBƏR LENTİ

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Yanvarda Azərbaycandan Ermənistana ixrac olunan məhsulların ümumi dəyəri açıqlandı

    Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib

    Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

    Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.