Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq müzakirə olunub

    24 Noyabr 2025 15:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 24-də Slovakiya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov ilə görüşüb.

    Parlamentdən AzerVoice-ə verilən məlumata görə, spiker Sahibə Qafarova bu vəzifədə fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin əlaqələrimizi keyfiyyətcə yeni mərhələyə qaldırdığı qeyd edilib.

    Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensivliyi müsbət qiymətləndirilərək, bu təmasların münasibətlərə töhfə verdiyi vurğulanıb.

    Səfir Slovakiya Respublikası Milli Şurasının sədri Riçard Rasinin salamlarını Azərbaycan parlamentinin sədrinə çatdırıb. Diplomat həmçinin, 8 noyabr – Zəfər günü münasibətilə təbriklərini ifadə edib.

    Görüşdə qanunvericilik orqanları arasında da əlaqələrin inkişafı qeyd olunaraq, bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Bu mənada, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin qanunvericilik orqanları arasında əlaqələrin daha da genişlənməsinə müsbət təsirləri vurğulanıb.

    Söhbət zamanı, həmçinin parlamentlərimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanları nəzərdən keçirilib.

    #Azərbaycan #Milli Məclis #Sahibə Qafarova #Slovakiya #Parlamentlərarası əməkdaşlıq #Azərbaycan–Slovakiya münasibətləri #Slovakiya səfiri Elçin Qasımov #Azərbaycan–Slovakiya strateji əməkdaşlığı #Diplomatik əlaqələrin genişləndirilməsi #Qarşılıqlı səfərlərin intensivliyi #Azərbaycan–Slovakiya siyasi dialoqu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əli Əsədov Fransina Armenqol ilə Azərbaycan–İspaniya münasibətlərində yeni əməkdaşlıq imkanlarını müzakirə etdi

    23 Yanvar 2026 18:56

    Energetika naziri Masallıda vətəndaşları qəbul edib

    23 Yanvar 2026 15:31

    2025-ci ildə 4 mindən çox ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub

    23 Yanvar 2026 15:06

    Son dövrlərdə Azərbaycan və İspaniya arasında fəal siyasi dialoqun müşahidə olunur - Sahibə Qafarova

    23 Yanvar 2026 14:41

    10 erməni Ermənistana təhvil verildi

    23 Yanvar 2026 13:10

    2026-cı ildə Azərbaycandan Avropaya qaz ixracı artacaq - Beynəlxalq Enerji Agentliyi

    23 Yanvar 2026 12:45

    Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib

    23 Yanvar 2026 11:25

    Bakıda “Nar Naxışı” festivalı keçiriləcək

    23 Yanvar 2026 10:37

    4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

    23 Yanvar 2026 10:19

    BƏƏ-də şirkət açmaq asandır, lakin bank hesabı olmadan fəaliyyət qeyri-mümkündür - Şahmar Kərimov

    23 Yanvar 2026 10:00

    MEDİA Azərbaycan Prezidenti adından “deepfake” texnologiyası ilə hazırlanmış saxta məlumatla bağlı açıqlama yayıb

    22 Yanvar 2026 17:37

    II Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

    22 Yanvar 2026 17:12
    Demo
    XƏBƏR LENTİ

    İspaniya Trampın “Sülh Şurası” təşəbbüsünü rədd edib

    Ərdoğan İstanbulda beş Balkan ölkəsinin xarici işlər nazirlərini qəbul edib

    Suriyada üç şəhərdə fövqəladə vəziyyət ləğv edildi

    Rusiya nəzarət etmədiyi əraziləri də tələb edir - Reuters

    Səudiyyə Ərəbistanı Dünya İqtisadi Forumunun Qlobal Əməkdaşlıq və Artım Görüşünə ev sahibliyi edəcək

    Xaricdən gələn təlimat yox, daxildən gələn qardaşlıq - Suriyada ərəblərin, türklərin və kürdlərin hekayəsi

    “Bakı Metropoliteni” və “Stadler Rail Group” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

    “Euronews” Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafını işıqlandırıb

    XİN-də postmünaqişə dövründə diplomatik fəaliyyət məsələləri müzakirə olundu: müvafiq tapşırıqlar verildi

    Əli Əsədov Fransina Armenqol ilə Azərbaycan–İspaniya münasibətlərində yeni əməkdaşlıq imkanlarını müzakirə etdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.