Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

    23 Yanvar 2026 10:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Davosda Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda panel sessiya təşkil edib.

    AzerVoice xəbər verir ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçən panel sessiyada sənaye və enerji sektorlarında süni intellekt, rəqəmsal texnologiyalar və Sənaye 4.0 həllərinin tətbiqi yolu ilə karbonsuzlaşmanın sürətləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və dayanıqlı inkişafın təmin edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə karbonsuzlaşması texnoloji və iqtisadi baxımdan mürəkkəb olan sektorlar üçün Sənaye 4.0-a keçidin strateji əhəmiyyəti diqqət mərkəzində olub.

    SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev SOCAR-ın əməliyyatlarda enerji səmərəliliyinin artırılması, istehsalın etibarlılığının və təhlükəsizliyinin yüksəldilməsinə önəm verdiyini, bu məqsədlə tətbiq olunan rəqəmsal həllər barədə məlumat verib. İstehsalat sistemləri ilə informasiya texnologiyalarının səmərəli əlaqələndirilməsinin dəqiq və operativ qərarların qəbuluna imkan yaratdığı bildirilib.

    DİF-in Müasir Texnologiyalar və İnnovasiyalar Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju George dayanıqlı enerji keçidinin təmin olunmasında dövlət-özəl sektor əməkdaşlığının, qlobal platformalarla tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Rəqəmsal sənaye ekosistemlərinin formalaşdırılmasının inklüziv transformasiya üçün əsas şərt olduğunu qeyd edib.

    “McKinsey & Company” şirkətinin Şimali Avropa regionu üzrə idarəedici tərəfdaşı Jukka Maksimainen sənayedə enerji keçidində qlobal təcrübəyə əsaslanaraq texnologiyanın tətbiqi ilə yanaşı insan kapitalının inkişafına diqqət çəkib. Aşağı karbonlu və rəqəmsal əsaslı sənaye modellərinə keçid üçün sistemli və mərhələli yanaşmaların vacibliyi barədə məlumat verib.

    “Honeywell” şirkətinin Qlobal regionlar üzrə prezidenti və Baş icraçı direktoru Anant Maheşaverinin xərclərin optimallaşdırılması, emissiyaların azaldılması baxımından süni intellekt əsaslı sənaye həllərinin önəmini nəzərə çatdırıb. Nəticələrə əsaslanan qərarların uğurlu transformasiyasında rolunu qeyd edib.

    Sessiyanın sonunda Fariz Cəfərov sənaye və enerji sektorlarında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin Azərbaycanın milli rəqəmsal iqtisadiyyat və enerji keçidi gündəliyi ilə uzlaşdığını vurğulayıb, bu istiqamətdə beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin və qabaqcıl qlobal təcrübələrin ölkəmizdə tətbiqinin uzunmüddətli dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

    4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib
    4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib
    #Azərbaycan #İqtisadiyyat Nazirliyi #SOCAR #Azərbaycan 4SİM vasitəsilə Davos Forumunda iştirak edəcək #Davos Dünya İqtisadi Forumu #Murad Abdullayev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    10 erməni Ermənistana təhvil verildi

    23 Yanvar 2026 13:10

    2026-cı ildə Azərbaycandan Avropaya qaz ixracı artacaq - Beynəlxalq Enerji Agentliyi

    23 Yanvar 2026 12:45

    Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib

    23 Yanvar 2026 11:25

    Bakıda “Nar Naxışı” festivalı keçiriləcək

    23 Yanvar 2026 10:37

    BƏƏ-də şirkət açmaq asandır, lakin bank hesabı olmadan fəaliyyət qeyri-mümkündür - Şahmar Kərimov

    23 Yanvar 2026 10:00

    MEDİA Azərbaycan Prezidenti adından “deepfake” texnologiyası ilə hazırlanmış saxta məlumatla bağlı açıqlama yayıb

    22 Yanvar 2026 17:37

    II Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

    22 Yanvar 2026 17:12

    “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub

    22 Yanvar 2026 17:02

    BOKT "International" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

    22 Yanvar 2026 16:12

    Davosda Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında geniş tərkibdə görüş keçirilib

    22 Yanvar 2026 15:52

    Davosda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında səmimi dialoq

    22 Yanvar 2026 15:50

    İqtisadiyyat nazirinin müavini SPECA İqtisadi Forumunda iştirak edib

    22 Yanvar 2026 15:41
    Demo
    XƏBƏR LENTİ

    Fransina Armenqol Sosias Bakıda Zəfər parkını ziyarət edib

    10 erməni Ermənistana təhvil verildi

    Si Cinpin Trampın “Sülh Şurası” təşəbbüsünə qarşı çıxaraq BMT-nin mərkəzi rolunu müdafiə edib

    “Həvəsləndirmə mükafatları” müsabiqəsinin ikinci mərhələsi başlayıb

    2026-cı ildə Azərbaycandan Avropaya qaz ixracı artacaq - Beynəlxalq Enerji Agentliyi

    Keçən il Türkiyədən Türkmənistana sement ixracı 22 milyon dolları keçib (ÖZƏL)

    İrana doğru böyük bir hərbi qüvvə irəliləyir – Tramp

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir

    20 Yanvar faciəsinə həsr olunmuş “Şahidlər danışır” adlı görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.