#Sahibə Qafarova

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlət və hökumət rəsmiləri Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.

Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Sevil Mikayılova Dohada Qətərin “Shura Council”nın (parlament) sədr müavini Həmdə Əl-Sulayti ilə görüşüb. Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Sevil Mikayılova 13-14 yanvar tarixlərində IPU-nun İcraiyyə Komitəsinin 298-ci sessiyasında iştirak etmək üçün Dohaya səfər edib. Tədbir çərçivəsində, Qətər parlamenti sədrinin müavini Həmda Əl-Sulaytinin təşəbbüsü ilə Azərbaycanın İPU-dakı nümayəndəsi Sevil Mikayılova ilə görüş keçirilib.