Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    17 Noyabr Milli Dirçəliş Günü:Bakıda Sovet dövrünün ən böyük kütləvi hərəkatı

    17 Noyabr 2025 11:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    17 Noyabr Milli Dirçəliş Günü – Can Azərbaycanın əsil xalqının Ermənistanın ərazi iddialarına və Qarabağ bölgəsində həyata keçirdiyi soyqırımı və zülmlərə qarşı, həmçinin bu zülmə səssiz qalaraq dəstək verən Sovetlər Birliyinə qarşı başladığı müstəqillik hərəkatının dönüş nöqtəsidir!

    17 Noyabr 1988, Bakıda milyonların iştirakı ilə keçirilən və düz 17 gün davam edən, Sovetlər Birliyi dövrünün ən böyük kütləvi hərəkatı kimi tarixə düşən Dirçəliş Mitinqinin keçirildiyi gündür.

    Şəhid atası Xəlil Rza Ulutürkün Azərbaycan türklərinin qəlbində səslənən:

    “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
    Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
    Azadlığı istəmirəm bir həb kimi, dərman kimi;
    İstəyirəm
    Səma kimi,
    Günəş kimi,
    Cahan kimi!”

    bu hayqırtısı Azərbaycan türklərinin azadlıq bəyannaməsi olmuşdu.

    Tarix boyunca əsarəti rədd edən Türk milləti 17 Noyabr 1988-də Bakı meydanlarında yenidən “Ya İstiklal, Ya Ölüm” deyərək, şanlı mübarizə tariximizə qızıl hərflərlə yazılmış bir səhifə daha əlavə etdi.

    Can Azərbaycanın qəhrəman xalqı – qadını, gənci, yaşlısı – ayağa qalxaraq başladığı bu diriliş hərəkatı ilə təkcə öz müstəqillik mübarizəsini deyil, həm də SSRİ-də əsarət altında yaşayan bütün xalqların azadlıq alovunu yandırdı.

    Bakıda günlərlə davam edən bu müstəqillik mitinqləri Sovet Rusiyasının qırmızı rejiminə qarşı bölgədə və dünyada yüksələn azadlıq, milli iradə və tam müstəqillik məşələsinin fitilini alovlandırdı; bu günkü güclü Azərbaycan dövlətinin təməli məhz o günlərdə qoyuldu.

    Kökündən, imanından və damarlarındakı əsil qandan güc alaraq haqsıza, ədalətsizə, işğalçıya və soyqırımçıya “dayan” deməyi bacaran Can Azərbaycanın qəhrəman övladları bu tarixi qiyamı hər il 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd edirlər.

    Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamında ifadə etdiyi kimi, Türkiyədəki qardaşları olaraq biz də bu şanlı günü keçmişimizə, gələcəyimizə və birliyimizə sarsılmaz inamla birlikdə qeyd edirik.

    Azərbaycanın tarix səhnəsində var olduğu gündən bu günə qədər azadlıq, torpaq və dövlət müstəqilliyi uğrunda canını fəda etmiş bütün şəhidlərimizi; Azərbaycan Xalq Cümhuriyyətinin ilk Prezidenti Məmməd Əmin Rəsulzadəni, Azərbaycanın 2-ci Prezidenti Əbülfəz Elçibeyi, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevi rəhmət, minnət və ehtiramla anırıq.

    BMT qərarlarına baxmayaraq Azərbaycanın öz torpağı olan Qarabağda təxminən 30 il davam edən haqsız erməni işğalına 44 günlük möhtəşəm zəfərlə son qoyan, ardından keçirdiyi 24 saatlıq antiterror əməliyyatı ilə erməni terror təşkilatlarını diz çökdürən və bu zəfəri sahədə və masada böyük uzaqgörənlik və dövlət ağlı ilə qazanan, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və qəhrəman Azərbaycan türklərinin 17 Noyabr Milli Dirçəliş Gününü ən səmimi arzularımızla təbrik edir, hörmətlə salamlayırıq.

    Ey qəhrəman övladın yurdu, şanlı vətən Can Azərbaycan; üçrəngli bayrağınla hər zaman yaşa!

    Yalçın Topçu
    Türkiyə Prezidentinin baş müşaviri

    #Yalçın Topçu #Azadlıq Bəyannaməsi #Milli Dirçəliş Günü #Azərbaycan azadlığı #Qarabağ işğalı #Bakıda Dirçəliş Mitingi #Azərbaycan tarixində önəmli gün #Müstəqillik hərəkatı #Azərbaycan türkləri #SSRİ dövründə azadlıq hərəkatı #Dəyərli torpaq uğrunda mübarizə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

    17 Noyabr 2025 09:12

    Yavuz Bülənt Bakilər Türk-İslam idealının simvolu idi - Yalçın Topçu

    29 Sentyabr 2025 09:34

    Qafqaz İslam Ordusunun zəfəri Türk birliyinin rəmzi kimi tarixə düşdü

    15 Sentyabr 2025 08:00

    Azərbaycan-Ermənistan sülhü bölgə xalqları üçün rifah və əmin-amanlıq gətirəcək - Yalçın Topçu

    26 İyun 2025 09:00

    Yalçın Topçu Azərbaycan xalqını Milli Qurtuluş günü münasibətilə təbrik edib

    15 İyun 2025 09:00

    Yalçın Topçudan 28 May Müstəqillik Günü ilə bağlı açıqlama

    28 May 2025 09:49

    Yalçın Topçu Məhəmməd Əmin Rəsulzadə və Ömər Seyfəddini yad edib

    6 Mart 2025 18:44

    İbad Hüseynli türk dünyasının qəhrəman oğludur- Yalçın Topçu

    17 Oktyabr 2024 21:12

    Yalçın Topçu və İbad Hüseynli milli qurtuluş gününü təbrik edib

    15 İyun 2024 14:05

    Xocalı cinayətkarları layiq olduqları cəzanı almalıdır - Yalçın Topçu

    26 Fevral 2024 15:27

    Prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının rifahına daha çox töhfə verəcək

    8 Fevral 2024 09:48

    20 Yanvar yüzlərlə Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirildiyi gündür - Yalçın Topçu

    19 Yanvar 2024 11:58
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə millisi Dünya Kuboku seçmə oyunu üçün İspaniyaya yola düşür

    Şəkidə din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək

    ASELSAN 26 milyon dollar dəyərində medikal görüntüləmə sistemi müqaviləsi imzalayıb

    “AzerGold” və “Azərxalça” tərəfindən xalçaçılıq mədəni irsinin təbliğinə həsr olunmuş birgə layihənin icrasına başlanılıb

    Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır - Rufiz Hafizoğlu

    Türkiyənin Kocaeli limanı 57 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Bayraktar KIZILELMA ilə Türkiyə pilotsuz döyüş təyyarələrində dünyada ilkə imza atdı

    "AzerGold" Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat işləri aparır

    17 Noyabr Milli Dirçəliş Günü:Bakıda Sovet dövrünün ən böyük kütləvi hərəkatı

    Prezident İlham Əliyev: Bakı bu gün həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.