Bakı. VOA:
Türkiyə Prezidentin baş müşaviri Yalçın Topçu 15 iyun Azərbaycan Milli Qurtuluş gününü münasibətiylə təbrik paylaşıb.
VOA xəbər verir ki, Topçu Azərbaycan Milli Qəhrəmanı İbad Hüseynli ilə birlikdə təbrik mesajı verib.
Yalşın “Bu gün biz azərbaycanlı qardaşlarımızla birlikdə bu sevincli günü, Milli Qurtuluş Gününü keçmişimizə və gələcəyimizə olan inancımızla qeyd edirik. Milli Qurtuluş Günü olan həmin gündə layiq olduğu səmalarda dalğalanmağa başlayan Azərbaycanın bayrağı altında qardaşlarımızın əbədi yaşamasını Uca Allahdan diləyirik”. - deyə qeyd edib.
“İndi Qafqazda, Şərqi Türküstanda, Qəzzada, İraqda, Suriyada, Aralıq dənizində, Egeydə, Asiyada, Balkanlarda, Afrikada oyunları pozacaq və oyunlar quracaq, masa arxasında uzaqgörən və polad iradəli liderlərimiz və meydanda İbad Hüseynli kimi qəhrəman oğullarımız var”- deyə Yalçın əlavə edib.
Azərbaycanın Milli Qəhrəmanı, Türk-İslam Dünyasının oğlu İbad Hüseynli Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə verdiyi açıqlamada Türkiyənin dövlət və millət olaraq onlara verdiyi dəstəyi heç vaxt unutmayacaqlarını vurğulayıb. O Yalçın Topçunun həm Azərbaycana, həm də bütün türk dünyasına verdiyi önəmi, dəyəri və dəstəyi hər zaman yüksək qiymətləndirdiklərini söyləyib.