BAKI, AzerVoice
Azərbaycan ilə Ermənistan arasında atılan sülh addımlarının bölgə xalqları üçün əhəmiyyətli rifah və sabitlik vəd edir.
AzerVoice xəbər verir ki, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü və Krım Tatarlarının Milli Bayraq Günü münasibətilə bəyənat yayıb.
“Can Azərbaycanımızın qalib ordusunun 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününü ürəkdən təbrik edir, qəhrəman şəhid və qazilərimizi rəhmət, hörmət və minnətdarlıqla yad edirəm,” – deyə Topçu qeyd edib.
O, Türkiyə dövlətinin və millətinin Azərbaycanla bütün sahələrdə həmrəyliyini artıraraq davam etdirdiyini vurğulayıb.
Topçu həmçinin 26 İyun – Krım Tatarlarının Milli Bayraq Günü münasibətilə soydaşları təbrik edib.
O, tarixi boyu sürgünlərə və soyqırımlara məruz qalan Krım Tatar türklərinin sülh və təhlükəsizlik şəraitində yaşamaq, kimliklərini qorumaq istiqamətində apardıqları haqlı mübarizənin yanında olduqlarını bəyan edib.
“Vətən Krımda və sürgündə yaşayan qardaşlarımıza göstərilən bütün humanitar yardım və dəstək tədbirləri Türkiyənin aidiyyəti qurumları tərəfindən fasiləsiz şəkildə davam etdirilir” – deyə Topçu qeyd edib.