Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    AZPROMO Astanada bir sıra sənədlər imzalayıb

    27 Oktyabr 2025 11:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Sənədlər investisiya və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsini, eləcə də biznes əlaqələrinin və qarşılıqlı təşəbbüslərin genişləndirilməsini nəzərdə tutur.

    AzerVoice xəbər verir ki, Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində AZPROMO və bir sıra şirkətlər arasında üç sənəd imzalanıb. İmzalanan sənədlər tərəflər arasında investisiya və sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

    Belə ki, AZPROMO və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında imzalanan anlaşma memorandumunun məqsədi qurumlar arasında investisiya təşəbbüslərini genişləndirmək, biznes dairələri arasında qarşılıqlı əlaqələri gücləndirməkdir.

    Bundan başqa, “Alakol” sağlamlıq-istirahət kompleksinin yaradılmasına dair üçtərəfli anlaşma memorandumu AZPROMO, Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu və Qazaxıstanın “Alakol Medical Tourism” şirkəti arasında imzalanıb. Sənəd Alakol gölünün sahilində turizm və sağlamlıq infrastrukturunun təkmilləşdirilməsi, ekoloji dayanıqlığın təmin edilməsi və regionun investisiya cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

    Daha bir sənəd AZPROMO, “Damu” Sahibkarlığın İnkişafı Fondu və Qazaxıstanın “Continent Solutions” şirkəti arasında imzalanıb. Sənəd çərçivəsində Almatı şəhərinin infrastrukturunda və yaşayış sahələrində tətbiq ediləcək müasir, enerji qənaətli işıqlandırma sistemlərinin istehsalı və bu istiqamətdə əməkdaşlığın inkişafı planlaşdırılır.

    Qeyd edək ki, ümumiyyətlə, biznes forum çərçivəsində Azərbaycan və Qazaxıstanın dövlət qurumları və şirkətləri arasında su ehtiyatlarının idarə olunmasının rəqəmsallaşdırılması, sənaye istehsalı, qarşılıqlı investisiyaların təşviqi, şəhər infrastrukturunun inkişafı, Astanada “KOB evi” modelinə əsaslanan mərkəzin yaradılması, ticarət, səhiyyə və təhsil sahələrini əhatə edən 16 sənəd imzalanıb.

    AZPROMO Astanada bir sıra sənədlər imzalayıb
    AZPROMO Astanada bir sıra sənədlər imzalayıb
    #Azərbaycan #Qazaxıstan #Astana #İqtisadiyyat Nazirliyi #AZPROMO #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #İkitərəfli münasibətlərin inkişafı #Azərbaycan Qazaxıstan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

    27 Oktyabr 2025 13:13

    Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35%-i yenilənib

    27 Oktyabr 2025 13:09

    Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    27 Oktyabr 2025 13:03

    I Qarabağ müharibəsinin daha 16 itkin-şəhidi dəfn olunacaq

    27 Oktyabr 2025 11:56

    Ölkədə informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün yeni qaydalar təsdiq edilib

    27 Oktyabr 2025 11:09

    Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə hazırıq - Paşinyan

    27 Oktyabr 2025 10:58

    İran XİN Qazaxıstanın Respublika Günü münasibətilə təbrik edib

    25 Oktyabr 2025 12:54

    Xarici İşlər Nazirliyi Qazaxıstanı təbrik edib

    25 Oktyabr 2025 10:38

    Ceyhun Bayramov TDT baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib

    24 Oktyabr 2025 16:24

    TDT çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir - Nazir

    24 Oktyabr 2025 15:54

    Almaniya Kansleri Fridrix Mers gələn həftə Türkiyəyə səfər edəcək

    24 Oktyabr 2025 14:33

    Azərbaycanın sədrliyi dövründə TDT mühüm nəticələrə nail olacaq - Mikayıl Cabbarov

    24 Oktyabr 2025 12:36
    Demo
    XƏBƏR LENTİ

    İsrailin cinayətlərinə göz yumanlar BMT prinsiplərini pozur - İran XİN

    İstanbulda Pakistan və Əfqanıstan nümayəndə heyətləri atəşkəsin detallarında razılığa gəlib

    Şimali Koreya lideri mənimlə görüşmək istəsə, Asiya turumu uzadacağam – Tramp

    İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinə hücum edib

    2028-ci il prezidentliyinə namizəd olma ehtimalım hələ var - Kamala Harris

    Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

    Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35%-i yenilənib

    Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    İsraildə baş nazir Netanyahunun məhkəməsi müddətsiz təxirə salına bilər

    İran az resursla maksimum təsir – İran strateqiyası

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.