Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Tehran iddia edir ki, hərbi təhdidlər diplomatik prosesi çətinləşdirir

    5 Oktyabr 2025 20:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı böhranın yeganə həlli yolu danışıqlara əsaslanan diplomatik prosesdir. O, xəbərdarlıq edib ki, hərbi təhdidlər heç bir nəticə verməyib və heç bir böhranı həll etməyib.

    AzerVoice xəbər verir ki,Əraqçinin bu açıqlamaları Tehranda xarici ölkə səfirləri ilə görüşdən sonra səslənib. Nazir, BMT Təhlükəsizlik Şurasının “Snapback” mexanizmi vasitəsilə İrana qarşı sanksiyaların bərpası qərarının nəticələrini izah edərək bildirib ki, son hadisələr diplomatik oyunun qaydalarını dəyişib və danışıqların bərpasını daha da mürəkkəbləşdirib.

    “Biz izahat verdik ki, hər kəs Qərb dövlətlərinin BMT Təhlükəsizlik Şurasında atdığı addımlar və bunun yarada biləcəyi hüquqi və siyasi risklər barədə məlumatlı olsun,” - deyə Əraqçi jurnalistlərə bildirib.

    BMT, Avropa dövlətlərinin təşəbbüsü ilə İranın nüvə proqramına görə silah embarqosunu və digər sanksiyaları bərpa edib. London, Paris və Berlin 2015-ci il nüvə sazişinin şərtlərinin pozulduğunu əsas gətirərək, “Snapback” mexanizmini işə salıblar. Tehran isə nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirir.

    “İran həmişə ədalətli və balanslı danışıqlarla problemin diplomatik həlli üçün çalışıb, lakin Qərb dövlətləri əsassız və qeyri-real tələbləri ilə bu prosesi pozublar. Təcrübə göstərdi ki, İranın nüvə məsələsinə yalnız danışıqlar yolu ilə diplomatik həll tapmaq mümkündür.”- deyə,Əraqçi vurğulayıb.

    Nazir xatırladıb ki, ABŞ-İsrail müharibəsi zamanı ABŞ qüvvələri İranın uran zənginləşdirmə obyektlərinə hücum edib və bu, vəziyyəti daha da gərginləşdirib.

    Onun sğzlərinə görə, son illərdə hərbi hücumla bağlı təhdidlər təkrarlanıb, lakin bu metod heç bir problemi həll etməyib.

    Nazir hesab edir ki,Qərb dövlətlərinin ‘Snapback’ mexanizmini işə salmaqla göstərdiyi təzyiqlər də eyni dərəcədə səmərəsiz olub. Bu addımlar danışıqları sadəcə daha çətin və mürəkkəb hala gətirdi.

    İranlı diplomat qeyd edib ki, Avropa üçlüyü (Böyük Britaniya, Fransa, Almaniya) “Snapback” mexanizmini bir təzyiq vasitəsi kimi istifadə etməklə nəticə əldə edə biləcəyini düşünürdü, amma bu vasitə əksinə, diplomatik səyləri çətinləşdirdi.

    O əlavə edib ki, diplomatiya davam edəcək, lakin “danışıqların formatı və iştirakçıları dəyişib”. Əraqçinin sözlərinə görə, Avropa ölkələrinin rolu azalıb və onların danışıqlardakı əsaslandırmaları zəifləyib.

    ABŞ-ın ŞƏRTLƏRİ Nələrdir?

    The Washington Post qəzetinin məlumatına görə, Vaşinqtonun məqsədi Tehrana dörd əsas şərti qəbul etdirməkdir:

    Məzmunlu və birbaşa danışıqlar aparmaq;

    Uran zənginləşdirmə proqramını dayandırmaq;

    Raket proqramını məhdudlaşdırmaq;

    Regional silahlı qruplara maliyyə dəstəyini kəsmək.

    Mənbə yazır ki, bu şərtlər əvvəlki danışıqlar raundunda da əsas maneələrdən biri olub və Tehran onları “qeyri-ciddi” hesab edir.

    #Nüvə tərksilahı üzrə konfrans #nüvə enerjisi #Abbas Əraqçi #İranın nüvə irəliləyişi #Nüvə obyektlərinə hücum riski #İran nüvə sazişi #İran nüvə razılaşmasının gələcəyi #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #Avropa Nüvə Araşdırmaları Təşkilatı (CERN) #Nüvə Siyasəti Şurası (CPN) #Nüvə reaktoru #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #İran nüvə razılaşması #Avropa İran nüvə danışıqları #Snapback #Snapback Mechanism #Məzmunlu və birbaşa danışıqlar aparmaq #Uran zənginləşdirmə proqramını dayandırmaq #Raket proqramını məhdudlaşdırmaq #Regional silahlı qruplara maliyyə dəstəyini kəsmək
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Təhdid və təzyiqlər qarşısında geri çəkilməyəcəyik - İran

    15 Noyabr 2025 09:56

    İran və Türkiyə regional sülh və əməkdaşlığı müzakirə edib

    14 Noyabr 2025 12:50

    G7-nin İranla bağlı iddiaları beynəlxalq hüquqa ziddir - İran XİN

    14 Noyabr 2025 10:17

    ABŞ və İsrail beynəlxalq hüquq pozuntularına görə cavab verməlidir - İran BMT-yə müraciət etdi

    13 Noyabr 2025 15:21

    İran, Çin və Rusiya MAQATE ilə nüvə məsələlərini müzakirə edib

    12 Noyabr 2025 16:44

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    İran raket proqramını danışıqlardan çıxardı

    6 Noyabr 2025 09:02

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00

    İran nüvə müfəttişləri ilə əməkdaşlığı gücləndirməlidir - Qrossi

    5 Noyabr 2025 12:25

    ABŞ-lə nüvə danışıqları aparmayacağıq - Əraqçi

    1 Noyabr 2025 22:00

    İran Sudanın ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edib

    1 Noyabr 2025 10:25

    Lariçani xəbərdarlıq edir: siyasi liderlər təhlükəni dərk etməyib

    1 Noyabr 2025 08:00
    Demo
    XƏBƏR LENTİ

    Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb (FOTO)

    Balıkesirdə 4,4 bal gücündə zəlzələ baş verib

    Türkiyənin Kocaeli limanı 7 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Azərbaycan nümayəndə heyəti Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

    Yanvar-oktyabr aylarında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

    Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

    9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

    Türkiyədən Özbəkistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Türkiyənin milli futbol komandası Bursada Bolqarıstanla qarşılaşacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.