BAKI, AzerVoice
Birləşmiş Ştatlar sülh prosesində Azərbaycan və Ermənistana kömək etmək öhdəliyinə sadiqdir.
AzerVoice-in məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Bakıda qəbul zamanı deyib.
"Bu gün biz tarixi bir dövrün şahidi oluruq. Avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında baş tutan görüş münasibətlərdə yeni səhifə açdı", - müvəqqəti işlər vəkili deyib.
O qeyd edib ki, Birləşmiş Ştatlar Bakı ilə İrəvan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək.
Onun sözlərinə görə, sülhə nail olmaq Cənubi Qafqazda iqtisadi əməkdaşlıq üçün bütün potensialı reallaşdırmağa imkan verəcək.
Karlonun sözlərinə görə, davamlı sülh daha geniş əməkdaşlıq çərçivəsində mümkündür.
Xəbər yenilənəcək