Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşüb

    15 Oktyabr 2025 16:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüşüb.

    Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, görüşdə Azərbaycan-Finlandiya ikitərəfli münasibətləri, Finlandiyanın ATƏT-də sədrliyi dövründə prioritet istiqamətlər, ATƏT-in qarşısında duran çağırışlar, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də bölgədə post-münaqişə dövründə vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

    Tərəflər ötən il COP-29 çərçivəsində Bakıda, eləcə də bu ilin sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi zamanı Nyu Yorkda liderlər arasında keçirilmiş görüşlərin ikitərəfli münasibətlərin inkişafına töhfəsini məmnunluqla qeyd ediblər. Nazirlər münasibətlərin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin və dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

    Görüş zamanı Finlandiyanın ATƏT sədrliyi çərçivəsində prioritetlərə toxunulub. Nazir Ceyhun Bayramov qeyd edib ki, Finlandiyanın sədrliyi Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi dövrə təsadüf edir. Bu şəraitdə ATƏT-in çoxtərəfli platforma kimi çevik şəkildə yeni reallıqlara uyğunlaşmasının, öz aktuallığını və funksionallığını qoruyub saxlamasının əhəmiyyəti vurğulanıb.

    Nazir həmçinin regionda son vəziyyət, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən tədbirlər və mina təhdidi barədə Finlandiyalı həmkarını məlumatlandırıb.

    Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə edilib. Nazir Ceyhun Bayramov 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün və imzalanmış Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Sülh sazişinin imzalanması istiqamətində atılacaq növbəti addımlar və Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zərurəti bir daha diqqətə çatdırılıb.

    Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası baxımından əhəmiyyəti vurğulanıb.

    Tərəflər post-münaqişə dövründə reallıqları nəzərə alaraq, funksional əhəmiyyətini itirmiş Minsk Prosesi, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının fəaliyyətinin 1 sentyabr tarixindən dayandırılması barədə qərarı müsbət qiymətləndiriblər.

    Nazir Ceyhun Bayramov ATƏT çərçivəsində əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində mövcud maneələrdən bəhs edərək, Azərbaycan Əməkdaşlıq Proqramının icrasına start verilməsinin vacibliyini qeyd edib. O, xüsusilə minalardan təmizləmə, ekoloji vəziyyətin qiymətləndirilməsi və kiber təhlükəsizlik sahələrində praktiki əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını vurğulayıb.

    Nazir həmçinin ATƏT-in iqtisadi və ətraf mühit ölçüsü üzrə təşəbbüslərin əhəmiyyətini qeyd edərək, Azərbaycan tərəfindən təşəbbüs göstərilən "Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi" layihəsinin uğurla icra olunduğunu və artıq üçüncü mərhələyə keçdiyini bildirib.

    Nazir Ceyhun Bayramov Finlandiyanın ATƏT sədrliyinə uğurlar arzulayaraq, bu sədrliyin çoxtərəfli dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsinə, ATƏT-in fəaliyyətinin canlandırılmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

    Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşüb
    Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşüb
    #Azərbaycan XİN #Ceyhun Bayramov #ATƏT #Finlandiya #Azərbaycan-Ermənistan #ABŞ Azərbaycan Ermənistan münasibətləri #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #Azərbaycan-Ermənistan sülh sazişi 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ceyhun Bayramov Pakistanın ombudsmanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

    13 Noyabr 2025 18:30

    Azərbaycan-Banqladeş ikitərəfli əməkdaşlığı müzakirə edib

    12 Noyabr 2025 17:55

    XİN Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    12 Noyabr 2025 09:43

    Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

    11 Noyabr 2025 22:09

    Azərbaycan XİN Pakistana başsağlığı verib

    11 Noyabr 2025 21:04

    Azərbaycan XİN Türkiyəyə baş sağlığı verib

    11 Noyabr 2025 17:18

    Azərbaycan UNESCO komitəsinə üzv seçilib

    10 Noyabr 2025 12:40

    Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

    8 Noyabr 2025 00:28

    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib

    7 Noyabr 2025 20:16

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Aİ ilə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub

    5 Noyabr 2025 19:06

    Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir - Hakan Fidan

    5 Noyabr 2025 16:10
    Demo
    XƏBƏR LENTİ

    Qısa video trendinin qaranlıq tərəfi – 98 min nəfərlik araşdırma

    Qəzzada soyqırımı törədən İsrail hesab edir ki, İran quldur dövlət kimi davranır

    İsrailin 153 fələstinlini Qəzzadan Cənubi Afrikaya göndərməsi sürgün şübhələrini artırır

    İstanbulda metro tikintisi zamanı qəza baş verib

    Bu gün türk düşməni Fyodor Dostoyevski ölüm cəzasına məhkum edilib

    Tarixdə bu gün – 16 Noyabr

    Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub

    İsrail tərəfindən təhvil verilən əsir nəşlərinin sayı 330-a çatıb

    Sudan, Türkiyə ilə qızıl mədənçiliyi sahələrində əməkdaşlıqda maraqlıdır

    SQL nədir və necə yarandı? – Sadə dildən peşəkar tarixə səyahət

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.