Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Sevil Mikayılova BMT-nin Avazadakı LLDC3 konfransında Parlamentlərarası İttifaq adından hesabat təqdim edib

    5 Avqust 2025 10:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Parlamentlərarası İttifaqın (IPU) Baş katibi Martin Çunqonqun xahişi və Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarovanın razılığı ilə IPU-nun Azərbaycandan olan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova avqustun 4-də Türkmənistanın Avaza şəhərində keçirilən, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə BMT-nin Üçüncü Konfransı (LLDC3) çərçivəsində təşkil olunan Parlament Forumunda IPU adından məruzə ilə çıxış edib.

    AzerVoice xəbər verir ki, məruzəni təqdim edərkən S.Mikayılova qeyd edib ki, IPU dənizə çıxışı olmayan ölkələrdə dayanıqlı inkişafın təşviqində rolunu gücləndirmək istəyən parlamentləri dəstəkləməyə hazırdır.

    "Parlamentlərarası İttifaqın İcraiyyə Komitəsinin vitse-prezidenti kimi bu gün burada sizinlə birgə olmaqdan və sizi Parlamentlərarası İttifaq, onun rəhbərliyi — prezident Tuliya Əkson (Tulia Ackson) və baş katib Martin Çunqonq (Martin Chungong) adından salamlamaqdan məmnunam", — deyə o bildirib.

    IPU-nun vitse-prezidenti vurğulayıb ki, forum çox vacib bir mövzuya həsr olunub — "Kursun müəyyən edilməsi: Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Avaza Fəaliyyət Proqramının təşviqi".

    "Bu mövzu təkcə siyasi istiqamət deyil. Bu, fəaliyyətə çağırışdır. O, dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkənin həm təcili çağırışlarını, həm də gerçəkləşməmiş potensialını əks etdirir. Bu ölkələrdə 550 milyondan çox insan yaşayır. Qanunverici orqanlar olaraq beynəlxalq öhdəlikləri konkret milli nəticələrə çevirmək bizim üzərimizə düşən məsuliyyətdir", — deyə deputat bildirib.

    S.Mikayılova vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədləri və Avaza Fəaliyyət Proqramı paralel proseslər deyil, onlar bir-biri ilə sıx bağlıdır.

    "Hər iki gündəlik bizdən institutların möhkəmləndirilməsini, inklüziv və davamlı iqtisadi artıma dəstək göstərilməsini və hər şeydən əvvəl, iqlim böhranı qarşısında səylərin birləşdirilməsini tələb edir. İki onillikdən artıq müddətdə Parlamentlərarası İttifaq BMT Baş katibinin ofisinin — az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və kiçik ada inkişaf etməkdə olan dövlətlər üzrə (UN-OHRLLS) ali nümayəndəliyi ilə əməkdaşlıq edərək, böyük beynəlxalq konfranslar çərçivəsində parlament forumları təşkil edib. Biz, həmçinin, dayanıqlı inkişafa, innovasiyalara və bu ölkələrdə real irəliləyiş təmin edə biləcək əhəmiyyətli tərəfdaşlıqların formalaşmasına töhfə verən siyasi dialoqlarda fəal iştirak edirik", — deyə S.Mikayılova bildirib.

    IPU-nun vitse-prezidenti xatırladıb ki, dənizə çıxışı olmayan bir çox ölkələr hələ də dünyanın ən az inkişaf etmiş ölkələri sırasındadır və onların 16-sı rəsmi olaraq belə tanınıb.

    "Onların coğrafi mövqeyi yüksək ticarət xərclərinə səbəb olur, iqtisadi şaxələndirməni çətinləşdirir və qlobal bazarlara çıxışı məhdudlaşdırır. Eyni zamanda, bu ölkələr iqlim böhranının ön cəbhəsindədir, artan təbii fəlakətlər və insan potensialının inkişafının ləngiməsi ilə üzləşirlər.

    Avaza Fəaliyyət Proqramı bu təcili çağırışlara cavab verir. O, tranzit əlaqəliliyinin yaxşılaşdırılması, bərpa olunan enerjiyə investisiyalar, regional əməkdaşlığın möhkəmləndirilməsi və struktur transformasiyası üzrə konkret tövsiyələr təqdim edir. Bu prioritetlər Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəfləri ilə birbaşa bağlıdır — xüsusilə DIM 7, 9, 13 və 17 ilə. Parlament üzvləri olaraq, biz bu prioritetləri effektiv qanunvericilik, əsaslandırılmış dövlət investisiyaları və ardıcıl parlament nəzarəti vasitəsilə dəstəkləməyə borcluyuq. Bu, təkcə inkişaf məsələsi deyil — dəyişən dünyada ədalət və dayanıqlılıq məsələsidir", — deyə S.Mikayılova bildirib.

    Deputat vurğulayıb ki, parlamentlər Avaza Fəaliyyət Proqramını həyata keçirmək üçün unikal imkana malikdir.

    "Bu iddialı gündəm ticarətin sadələşdirilməsi, infrastrukturun, texnologiyaların inkişafı və iqlim dəyişikliyinə uyğunlaşma kimi sahələrdə praktiki həllər təqdim edir. Bundan əlavə, o, milli fəaliyyətlərin regional strategiyalar və qlobal çərçivələrlə daha yaxşı uzlaşdırılması üçün imkan yaradır, dayanıqlı və inklüziv inkişafa aparan əlaqələndirilmiş bir yol formalaşdırır.

    Bəs bu, praktikada nə deməkdir? Budur, ata biləcəyimiz bir neçə əsas addım: birincisi, Avaza Fəaliyyət Proqramının milli qanunvericilik çərçivələrinə və planlaşdırma proseslərinə inteqrasiyasına töhfə vermək.

    Bu sənəd dənizə çıxışı olmayan ölkələrin milli prioritetlərlə beynəlxalq öhdəliklər arasında uyğunluğunu təmin etməklə və regional xüsusiyyətləri nəzərə almaqla, dayanıqlı və inklüziv inkişafı sürətləndirmək üçün istifadə edə biləcəyi dəyərli bir perspektiv təqdim edir.

    İkincisi, həmkar-deputatlar və müvafiq parlament komitələri arasında məlumatlılığın artırılmasıdır. Avaza Proqramı iqtisadi şaxələndirməyə və əlavə dəyər yaratmağa aparan yolu açır, ölkələrə qlobal dəyər zəncirində irəliləməyə və xammal ixracından asılılığı azaltmağa imkan verir.

    Və nəhayət, bu, həmin ölkələrin təkcə ticarət deyil, həm də inkişaf etməsinə imkan verəcək zəruri infrastrukturun yaradılmasına dəstək üçün resursların və tərəfdaşlıqların səfərbər olunmasıdır. Nəqliyyat əlaqəliliyi, "yaşıl" energetika və innovasiyalara yatırımlar dayanıqlılığın və uzunmüddətli rifahın əsasını təşkil edir", — deyə S.Mikayılova bildirib.

    IPU-nun vitse-prezidenti vurğulayıb ki, Parlamentlərarası İttifaq dənizə çıxışı olmayan ölkələrdə dayanıqlı inkişaf və iqlim fəaliyyəti sahəsində iştirakını dərinləşdirmək və rolunu gücləndirmək istəyən parlamentləri dəstəkləməyə hazırdır.

    "Bu forum düşünmək, qabaqcıl təcrübə mübadiləsi aparmaq, yeni tərəfdaşlıqlar qurmaq və konkret tövsiyələr işləyib hazırlamaq üçün bir fürsətdir. Gəlin, bundan istifadə edək ki, heç bir insanın və heç bir ölkənin geridə qalmaması kimi ortaq məqsədimizə sadiqliyimizi bir daha təsdiqləyək. Sizə məhsuldar, ilhamlandırıcı və gələcəyə yönəlmiş müzakirələr arzulayıram", — deyə deputat yekunlaşdırıb.

    Qeyd edək ki, LLDC3 Parlament Forumu bütün maraqlı tərəfləri, o cümlədən, Parlamentlərarası İttifaqı (IPU) və Birlik Parlament Assosiasiyasını (CPA) bir araya gətirib.

    Forumda əsas diqqət parlamentlərin Avaza Fəaliyyət Proqramının (Awaza Programme of Action, APoA) həyata keçirilməsindəki roluna yönəlib.

    Dənizə çıxışı olmayan ölkələrin bu gün qarşılaşdığı əsas çağırışlar və imkanlar müzakirə olunduqdan sonra iştirakçılar dörd əsas mövzuya fokuslanıblar: həll olunmamış məsələlər və Vyana Fəaliyyət Proqramından çıxarılan dərslər, çoxtərəfli ticarət sistemi, səmərəli idarəçilik və hesabatlılıq, həmçinin, tərəfdaşlıq.

    Forum LLDC3-də milli nümayəndə heyətlərinin tərkibində iştirak edən parlament üzvləri üçün təşkil olunub. Tədbir yüksək səviyyəli rəsmi açılışla başlayıb, daha sonra isə deputatlar, BMT nümayəndələri, elmi dairələr, beynəlxalq təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyəti üzvlərinin iştirak etdiyi interaktiv panel müzakirələri keçirilib.

    Sevil Mikayılova BMT-nin Avazadakı LLDC3 konfransında Parlamentlərarası İttifaq adından hesabat təqdim edib
    Sevil Mikayılova BMT-nin Avazadakı LLDC3 konfransında Parlamentlərarası İttifaq adından hesabat təqdim edib
    Sevil Mikayılova BMT-nin Avazadakı LLDC3 konfransında Parlamentlərarası İttifaq adından hesabat təqdim edib
    Sevil Mikayılova BMT-nin Avazadakı LLDC3 konfransında Parlamentlərarası İttifaq adından hesabat təqdim edib
    #Milli Məclis #BMT #Sevil Mikayılova #Sahibə Qafarova #Parlamentlərarası İttifaq #Avaza Fəaliyyət Proqramı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-Belarus əməkdaşlığının müqavilə-hüquq bazası 170-dən çox sənədi ehtiva edir - Səfir

    8 Dekabr 2025 17:43

    İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

    8 Dekabr 2025 14:44

    Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritet istiqamətidir – Sahibə Qafarova

    8 Dekabr 2025 11:31

    Milli Məclisdə Azərbaycan dili ilə bağlı konfrans keçirilir

    8 Dekabr 2025 11:00

    Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş

    8 Dekabr 2025 09:51

    BMT Konqo və Ruanda arasında imzalanan sülh razılaşmasını alqışlayıb

    6 Dekabr 2025 14:26

    Livanın cənubuna hava zərbələri- BMT-dən İsrailə xəbərdarlıq

    5 Dekabr 2025 14:48

    Sudanda mülki şəxslərə qarşı zorakılıq artıb - BMT

    5 Dekabr 2025 09:36

    İraq Hizbullahı və Husiləri terror təşkilatı kimi qəbul etdi

    4 Dekabr 2025 14:08

    Türkiyə 2026-cı ildə üç beynəlxalq zirvəyə ev sahibliyi edəcək

    4 Dekabr 2025 12:26

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    Nazir işsizlərin icbari tibbi sığortaya cəlb edilməsinə aydınlıq gətirib

    2 Dekabr 2025 15:58
    Demo
    XƏBƏR LENTİ

    Tramp, Avropanı Putinə satır - İngiltərəli siyasətçi

    Tarixdə bu gün – 9 Dekabr

    Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

    ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar

    Netanyahu Tramp ilə dekabrın 29-da Qəzza atəşkəsinin növbəti mərhələsini müzakirə edəcək

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

    Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.