Əsas səhifə » Bəqai İranın Azərbaycandakı səfiri seçilib – İran XİN

Bəqai İranın Azərbaycandakı səfiri seçilib – İran XİN

BAKI, AzerVoice

İranın Azərbaycandakı səfiri seçilib və qarşı tərəfə elan olunub ki, əlaqədar proseslər həyata keçirilsin.

AzerVoice -in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (2 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın Azərbaycana seçdiyi səfir çox təcrübəli, məşhur və Avrasiya sahəsində mütəxəssis diplomatlardan biridir. Proseslərdən sonra səfirin adı elan olunacaq.

Bəqai bildirib ki, Orta Asiya və Qafqaz ölkələri ilə əlaqələr İran üçün çox önəmlidir. Xüsusilə Azərbaycanla əlaqələr xüsusi əhəmiyyətə sahibdir.

Qeyd edək ki, İranın Azərbaycandakı səfirinin Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü il may ayında başa çatıb.

Digər Kateqoriyalar

2025 © Azervoice