Əsas səhifə » Azərbaycan İranın yeni səfirinin təyin olunması üçün razılıq verib - XİN

Azərbaycan İranın yeni səfirinin təyin olunması üçün razılıq verib - XİN

BAKI, AzerVoice

Azərbaycan tərəfi Muctaba Dəmirçilunun İranın Azərbaycanda yeni səfir kimi təyin olunması üçün razılıq (aqreman) verib.

Bunu AzerVoice -in sorğusuna cavab olaraq İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İranın Azərbaycana yeni səfirinin təyin olunduğunu və inzitibati prosesin həyata keçirildiyini bildirib.

Bəqai qeyd edib ki, Orta Asiya və Qafqaz ölkələri ilə əlaqələr İran üçün çox önəmlidir. Xüsusilə Azərbaycanla əlaqələr xüsusi əhəmiyyətə sahibdir. İranın Azərbaycana seçdiyi səfir çox təcrübəli və Avrasiya üzrə mütəxəssis diplomatlardan biridir.

Xatırladaq ki, İranın Azərbaycandakı səfirinin Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü il may ayında başa çatıb.

Digər Kateqoriyalar

2025 © Azervoice