Əsas səhifə » Azərbaycan və Türkiyə arasında su sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Azərbaycan və Türkiyə arasında su sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

BAKI, AzerVoice

Azərbaycan və Türkiyə hökumətləri arasında 8 may 2024-cü ildə Ankarada imzalanmış "Su sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq olunub.

AzerVoice xəbər verir ki, bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub.

Saziş çərçivəsində su və torpaq ehtiyatlarının səmərəli idarə olunması, müasir texnologiyaların tətbiqi, elmi tədqiqatların aparılması və mütəxəssislərin hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, saziş iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmlənməsinə və davamlı inkişaf məqsədlərinə töhfə verəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice