Əsas səhifə » Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

BAKI, AzerVoice

15 noyabr 2024-cü il tarixində Bakıda imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Turizm sahəsində əməkdaşlıq haqqında Saziş" rəsmən təsdiqlənib.

AzerVoice xəbər verir ki, bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub.

Sazişin əsas məqsədi iki ölkə arasında turizm sahəsində əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin təşviq edilməsi, habelə əməkdaşlığın hər iki dövlətin müvafiq milli qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsidir.

Rəsmi sənəd turizm sahəsində infrastrukturun inkişafı, qarşılıqlı sərmayə təşviqi və birgə layihələrin icrasını da əhatə edir.

Digər Kateqoriyalar

2025 © Azervoice