BAKI, AzerVoice
İsraildə meşə yanğını baş verib.
AzerVoice xəbər verir ki, bu haqda İsrail Yanğınsöndürmə Xidməti məlumat verib.
Məlumata əsasən, yanğın İsrailin Qüds və Təl-Əviv şəhərləri arasındakı Eştaol meşəsində başlayıb və güclü külək səbəbilə sürətlə yayılıb. Yanğın səbəbilə Neve Şalom, Bekoa, Taoz, Naşşon və Mesilat Zion yaşayış məntəqələri təxliyə edilib.
İsrail hökuməti yanğınlara müdaxilə üçün Yunanıstan, Xorvatiya, İtaliya və Cənubi Kipr Rum Administrasiyası da daxil olmaqla altı ölkədən beynəlxalq yardım istəyib. Hökumət eyni zamanda yanğınsöndürmə təyyarələrinin İsrailə gəlişi üçün hazırlıqlara başlayıb. İsrail Ordusunun açıqlamasına görə, Baş Qərargah rəisi Eyal Zamir Daxili Cəbhə Komandanlığı, Hərbi Hava Qüvvələri və ordu birliklərinə yanğınsöndürmə əməliyyatlarında polisə, yanğınsöndürənlərə və xilasetmə qruplarına hər cür dəstək göstərməyi əmr edib.
Yanğın səbəbilə iki şəhər arasında bəzi magistral yollar bağlanıb.