BAKI,AzerVoice
Özbəkistanın daimi əhalisi 2025-ci il iyulun 1-nə olan rəsmi göstəricilərə əsasən 37 milyon 859 min 700 nəfərə çatıb.
AzerVoice xəbər verir ki, bu barədə Ölkənin Milli Statistika Komitəsi məlumat yayıb.
Rəsmi məlumata görə, son bir il ərzində ölkə əhalisi 2 faiz artıb. Əhalinin strukturuna baxıldıqda, 19 milyon 296 min 400 nəfər (51 faiz) şəhərlərdə, 18 milyon 563 min 300 nəfər (49 faiz) isə kənd ərazilərində yaşayır.
Cins nisbətinə görə, kişilər ölkə əhalisinin 50,4 faizini (19 milyon 65 min 800 nəfər), qadınlar isə 49,6 faizini (18 milyon 793 min 900 nəfər) təşkil edir.
Statistikaya əsasən, 2025-ci il iyulun 1-nə ölkədə əhalinin sıxlığı hər kvadrat kilometrə 84,3 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründə 82,7 nəfər idi. Beləliklə, son bir ildə əhalinin sıxlığında 1,6 nəfərlik artım müşahidə olunub.
Komitə əhalinin artım dinamikasını nəzərə alaraq demoqrafik siyasətə dair hesabatların növbəti aylarda da dərc olunacağını bildirib.