Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Bəhreyn və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb

    7 Fevral 2026 11:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    Cümə günü Parisdə Kral Hamad bin İsa Al Xəlifə ilə Prezident Emmanuel Makron arasında baş tutan danışıqlar zamanı Bəhreyn və Fransa arasında birgə müdafiə əməkdaşlığı sazişi imzalanıb.

    AzerVoice xəbər verir ki, Fransa Prezident Administrasiyasından verilən məlumata görə, saziş müdafiə, təlim və strateji məlumat mübadiləsi sahəsində əməkdaşlığı möhkəmləndirir. Bəyanatda həmçinin qeyd olunub: “Bu saziş müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq, eyni zamanda artan gərginliklə səciyyələnən qlobal və regional geosiyasi mühitdə iki ölkə arasındakı həmrəyliyi gücləndirəcək”.

    Sazişi Bəhreynin Milli Təhlükəsizlik Müşaviri və Ali Müdafiə Şurasının Baş katibi Şeyx Nasir bin Hamad Al Xəlifə və Fransanın Silahlı Qüvvələr və Veteranlar Nazirliyinin nümayəndəsi Alis Rufo imzalayıblar.

    Bəhreyn Dövlət Xəbər Agentliyinin (BNA) məlumatına görə, Makron Bəhreyn və Fransa arasındakı tarixi münasibətlərin dərinliyini, habelə ortaq maraqlar naminə müxtəlif sahələrdə əldə olunan tərəqqini vurğulayıb. Öz növbəsində Kral Hamad Fransa prezidentinin iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə göstərdiyi diqqəti təqdir edib.

    Danışıqlar zamanı bütün sektorlar üzrə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları müzakirə olunub. Hər iki tərəf Bəhreyn-Fransa Birgə Ali Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlığın genişləndirilməsi üçün komitənin işinin davam etdirilməsinın vacibliyini qeyd ediblər.

    Görüşdə həmçinin regional və beynəlxalq hadisələr, münaqişələrin dialoq və diplomatik yollarla həlli, eləcə də gərginliyin azaldılmasına yönəlmiş səylər müzakirə edilib.

    #Fransa #Emmanuel Makron #Bəhreyn #Bəhreyn Krallığı #Bəhreyn iqtisadi əməkdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Berlin-Tehran gərginliyi - İran XİN rəhbəri Mertsin İran siyasətini tənqid etdi

    5 Fevral 2026 10:16

    Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir

    5 Fevral 2026 09:39

    “İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib

    4 Fevral 2026 11:34

    Paris Livan ordusuna dəstək üçün genişmiqyaslı konfransa hazırlaşır

    3 Fevral 2026 11:20

    Epşteyn işində Makronun da adı hallanıb

    2 Fevral 2026 09:27

    Keçən il Türkiyədən Fransadan tekstil ixracı 133 milyon dolları keçib (ÖZƏL)

    28 Yanvar 2026 16:00

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    27 Yanvar 2026 21:33

    Fransada 15 yaşdan aşağı şəxslərə sosial media qadağan olundu

    27 Yanvar 2026 13:26

    Keçən il Türkiyədən Fransaya mebel ixracı 246 milyon dolları keçib (ÖZƏL)

    27 Yanvar 2026 12:00

    Milli Məclisin sədri Bəhreyn Kralı ilə görüşdü

    26 Yanvar 2026 11:10

    Keçən il Türkiyədən Fransaya xalça ixracı 25 milyon dolları keçib (ÖZƏL)

    26 Yanvar 2026 09:20

    Milli Məclisin sədri Sahibə Qafarova Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşdü

    25 Yanvar 2026 23:00
    Demo
    XƏBƏR LENTİ

    Keçən il Türkiyənin İskenderun limanı 4 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    ASELSAN Çelik Kubbe layihəsi üçün 100-dən çox yeni sistemi orduya təhvil verib

    AQC "Kashalata" kafedə sosial layihə həyata keçirib

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    İlin ilk ayında gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

    Bəhreyn və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb

    Balıkesirdə 4,1 bal gücündə zəlzələ baş verib

    Yanvar ayında Türkiyədən Azərbaycana dəri məhsulları ixracı azalıb (ÖZƏL)

    Səudiyyə Ərəbistanı İslamabaddakı məscid partlayışını kəskin pisləyib

    Beynəlxalq yayımçı Ronaldoya görə Səudiyyə Pro Liqası ilə əməkdaşlığı dayandırdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.