Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İranda davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 2 min nəfərə çatıb

    13 Yanvar 2026 17:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Məhkəmə Tibb Ekspertizası Qurumunun rəhbəri Abbas Məscidi Arani ölkədəki etirazlar zamanı həyatını itirən etirazçıların əksəriyyətinin silahlı terrorçular tərəfindən hədəf alındığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, İran dövlət televiziyasına danışan Arani ölənlərin mühüm hissəsinin kəsici alətlərlə həyati orqanlarından zərbə aldığını və ya yaxın məsafədən ov tüfəngləri ilə vurulduğunu iddia edib. O bildirib ki, etirazçıların arasına xüsusi silahlı təlim keçmiş qruplar sızıb və onlar qəsdən nümayişçiləri hədəf alaraq ölüm hallarına səbəb olublar. İran rəsmisi həm mülki şəxslərin, həm də təhlükəsizlik qüvvələrinin ölümünə görə məhz bu "terrorçu qüvvələrin" məsuliyyət daşıdığını vurğulayıb.

    Xatırladaq ki, İranda etiraz aksiyaları 28 dekabr 2025-ci ildə yerli valyutanın kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehran Bazarında başlayıb. Aksiyalar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb. Rəsmi Tehran ölənlərin sayını 2 min nəfər olaraq qeyd etsə də, insan haqları təşkilatları fərqli rəqəmlər təqdim edir.

    İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yanvarın 13-nə olan hesabatına görə, hadisələrdə 133-ü təhlükəsizlik əməkdaşı olmaqla 664 nəfər həlak olub, 10 mindən çox insan isə saxlanılıb. Ölkədə şiddət hadisələrinin artması ilə əlaqədar yanvarın 9-dan etibarən internetə çıxış məhdudlaşdırılıb.

    #İran #etirazlar #etiraz #Etiraz aksiyası #siyasi etiraz #İran bazarlarında etiraz dalğası: Pezeşkian və məhkəmə hakimiyyəti arasında fərq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranda etirazlarda ölənlərin sayı 7 mini keçib

    12 Fevral 2026 10:42

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    İran ali liderinin müşaviri Əli Laricani Omana rəsmi səfər edəcək

    9 Fevral 2026 14:10

    İran raket proqramı üzrə danışıqlara getməyəcək - Əraqçi

    7 Fevral 2026 14:51

    İran ABŞ-la Maskat müzakirələrini dəyərləndirdi, Vaşinqton yeni sanksiyalar elan etdi

    6 Fevral 2026 21:36

    İran ABŞ-la Maskat dialoqunu müsbət qiymətləndirib

    6 Fevral 2026 20:12

    Zakir Həsənov iranlı həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

    6 Fevral 2026 16:34

    İran və Oman XİN rəhbərləri Maskatda görüşüb

    6 Fevral 2026 12:04

    İrandakı iğtişaşlar səngimir: ABŞ hökuməti vətəndaşlarını Ermənistana və Türkiyəyə yönləndirir

    6 Fevral 2026 09:47

    Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirləri nüvə danışıqları öncəsi regional sabitliyi müzakirə ediblər

    5 Fevral 2026 10:25
    XƏBƏR LENTİ

    Qənimət Zahid 2013-cü ildə Azərbaycanı KTMT-yə üzv etmək vədini verib

    Ramiz Mehdiyevin səs yazısı yayıldı - Xarici xidmət orqanları ilə danışır

    Əli Kərimli iyul hadisələrində AZTV-ni ələ keçirməklə bağlı tapşırıq verib – DTX

    Milli Şura xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə iğtişaşlara hazırlaşıb - DTX

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.