Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ABŞ-da Green Card proqramı müddətsiz dayandırılıb

    19 Dekabr 2025 10:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ-da yaşamaq və işləmək imkanı yaradan, Green Card lotereyası kimi tanınan Çeşitlilik Vizesi (Diversity Visa) proqramının müddətsiz olaraq dayandırıldığı açıqlanıb.

    AzerVoice xəbər verir ki, məlumata görə, ABŞ Prezidenti Donald Tramp Brown Universiteti və Massaçusets Texnologiya İnstitutunun (MIT) kampuslarında baş verən silahlı hücumdan sonra “Yaşıl Kart” lotereyası proqramının dayandırılması barədə qərar verib.

    ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem X platformasında paylaşdığı açıqlamada, Prezident Trampın göstərişi ilə ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətinə (USCIS) proqramın dərhal dayandırılması tapşırığının verildiyini bildirib.

    Kristi Noem paylaşımında, “Bu cinayətkarın ölkəmizə daxil olmasına heç vaxt icazə verilməməli idi”, – ifadəsini işlədib.

    Qeyd edək ki, Çeşitlilik Vizesi proqramı ABŞ-da az təmsil olunan ölkələrin vətəndaşlarına, əsasən Afrika qitəsindən olan şəxslərə hər il püşkatma yolu ilə təxminən 50 min daimi yaşayış icazəsi (Green Card) verilməsini nəzərdə tuturdu.

    2025-ci il üzrə Green Card lotereyasına təxminən 20 milyon nəfər müraciət edib, qaliblərin ailə üzvləri də daxil olmaqla 131 mindən çox şəxs seçilmişdi.

    Proqram çərçivəsində seçilən şəxslər ABŞ-a qəbul edilməzdən əvvəl ciddi təhlükəsizlik yoxlamasından keçməli olurdular.

    Məlumata görə, hücumda şübhəli bilinən şəxsin vətəndaşı olduğu Portuqaliya üçün 2025-ci il Green Card çəkilişində cəmi 38 nəfərlik kvota ayrılmışdı.

    #Donald Tramp #Green Card #ABŞ-da yaşamaq və işləmək #ABŞ-da miqrasiya #Green Card proqramının dayandırılması #ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    Dünyada lağ obyektinə çevrilmişik - Tramp

    9 Fevral 2026 11:06

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    8 Fevral 2026 22:48

    Qərbi Azərbaycan İcması Ermənistan məhkəməsinin addımını revanşistlərin sülhə qarşı cəhdi adlandırdı

    8 Fevral 2026 17:49
    XƏBƏR LENTİ

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.